#Fransa

Fransanın xarici işlər naziri Jan-Noel Barro, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun qurumun fəaliyyətini məhdudlaşdırdığını etiraf etsə də, ABŞ və İsrailin İrana qarşı birtərəfli hərbi müdaxiləsini tənqid edib. Nazir Barro mətbuata açıqlamasında bildirib ki, İran rejimi onilliklərdir nüvə proqramını tənzimləyən və silahlı qruplaşmalara dəstəyi qadağan edən BMT qərarlarına məhəl qoymur. O, bölgədə qalıcı sülhün təməli sayıla biləcək beynəlxalq təsisatlar çərçivəsində bu problemin həll olunmamasını "təəssüf doğuran hal" kimi qiymətləndirib.

2026-ci ilin yanvar ayında Türkiyədən Fransaya avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 311 milyon 35 min 96 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artaraq, 3 milyard 61 milyon 673 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 41 milyard 584 milyon 298 min dollar məbləğində avtomobil ixrac edib.

2026-ci ilin yanvar ayında Türkiyədən Fransaya sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz azalaraq, 13 milyon 377 min 56 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 317 milyon 552 min dollara bərabər olub.

Çin Xarici İşlər naziri Van İ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Fransa, Almaniya və Britaniyalı həmkarları ilə görüşərək Pekini etibarlı tərəfdaş kimi təqdim edib. Nazir vurğulayıb ki, Çinin inkişafı Avropa üçün təhdid deyil, əksinə bir fürsətdir və tərəflər rəqib yox, tərəfdaş kimi hərəkət etməlidir. Görüşlər Avropa İttifaqının Çindən strateji asılılığı azaltmaq cəhdləri və elektrikli avtomobil ixracı ilə bağlı yaranan rüsum mübahisələri fonunda baş tutub. Van İ Avropanı "rasional və praqmatik" siyasət yürütməyə çağıraraq, birtərəfli addımların və proteksionizmin qlobal sabitliyə zərər verdiyini bildirib. O, iqtisadi əlaqələri "təməl daşı" adlandırıb və qarşılıqlı asılılığın təhlükəsizliyə risk yaratmadığını qeyd edib.

2026-ci ilin yanvar ayında Türkiyədən Fransaya hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azalaraq, 75 milyon 162 min 77 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 1 milyard 340 milyon 771 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 699 milyon 252 min dollar məbləğində hazır geyim ixrac edib.

Fransada təsirini göstərən “Nils” fırtınası səbəbindən 850 minə yaxın ev təsərrüfatında elektrik enerjisi kəsilib. Fransanın Milli Meteorologiya Xidməti “Meteo-France”ın məlumatına görə, güclü külək, daşqın və qar uçqunu riski ilə əlaqədar 5 departament üzrə qırmızı, 29 departament üzrə isə narıncı xəbərdarlıq elan olunub. Ölkənin cənub-qərbində küləyin sürəti saatda 162 kilometrə çatıb.

Kanakinin (Yeni Kaledoniya) aparıcı müstəqillik tərəfdarı koalisiyası FLNKS (Front de Libération Nationale Kanak et Socialiste) 2025-ci ilin 3 fevral tarixində ictimaiyyətə Kanakinin Fransadan tam müstəqilliyini tələb edən “Kanaki sazişi” adlı sənəd ictimaiyyətə təqdim edib.

2026-ci ilin yanvar ayında Türkiyədən Fransaya mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq, 21 milyon 550 min 86 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 562 milyon 428 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 7 milyard 940 milyon 45 min dollar məbləğində mebel ixrac edib.

Cümə günü Parisdə Kral Hamad bin İsa Al Xəlifə ilə Prezident Emmanuel Makron arasında baş tutan danışıqlar zamanı Bəhreyn və Fransa arasında birgə müdafiə əməkdaşlığı sazişi imzalanıb. Fransa Prezident Administrasiyasından verilən məlumata görə, saziş müdafiə, təlim və strateji məlumat mübadiləsi sahəsində əməkdaşlığı möhkəmləndirir. Bəyanatda həmçinin qeyd olunub: “Bu saziş müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq, eyni zamanda artan gərginliklə səciyyələnən qlobal və regional geosiyasi mühitdə iki ölkə arasındakı həmrəyliyi gücləndirəcək”.