#Fransa

25 sentyabr 2025-ci il tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans keçiriləcək. Konfransda Fransanın dənizaşırı əraziləri — Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən müstəqillik hərəkatlarının liderləri, beynəlxalq dekolonizasiya ekspertləri və Bakıda əsası qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edəcəklər.

Upamekano, Bernabeuda oynamaq arzusunu gerçəkləşdirmək üçün addım atır. Real Madrid isə son illərdə azad agentlərdən maksimum yararlanaraq David Alaba (Bavariya), Antonio Rudiger (Çelsi) kimi oyunçuları pulsuz heyətinə qatıb. Klub, oyunçuların müqavilə vəziyyətlərini diqqətlə izləyir və bu yolla transfer bazarında üstünlük qazanır.

Fələstin Dövlət Başçısı Mahmud Abbas bildirib ki, İsrailin hücumları altında olan Qəzza zolağının idarə olunması və təhlükəsizliyi ilə bağlı tam məsuliyyəti daşımağa səlahiyyətli yeganə qurum Fələstin Dövlətidir. Abbas bu fikirləri Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT çərçivəsində təşkil edilən “Fələstin məsələsinə həll tapılması və İki Dövlətli Həllin həyata keçirilməsi” mövzusunda keçirilən Yüksək Səviyyəli Beynəlxalq Konfransda çıxışı zamanı bildirib. ABŞ-ın Fələstin heyətinə viza verməməsi səbəbilə Abbas tədbirdə video bağlantı vasitəsilə iştirak edib və konfransda qəbul edilən sülh planını həyata keçirmək üçün ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı, Fransa, Birləşmiş Millətlər Təşkilatı və digər tərəfdaşlarla əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Türkiyə 2025-cü ilin avqust ayında Fransaya elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 65 milyon 190 min 74 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Fransaya elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq, 537 milyon 708 min 65 dollara bərabər olub. Qeyd edək ki2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 artaraq, 11 milyard 379 milyon 976 min dollara bərabər olub.

2025-ci ilin yanvar- avqust aylarında Fransadan Türk limanlarına 2 milyon 368 min 446 ton yük daşınıb.Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Fransadan Türkiyə limanlarına 624 min 613 ton yük daşıyıb. “Bu ilin yanvar- avqust aylarında Fransadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 1 milyon 743 min 833 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Türkiyə 2025-cü ilin avqust ayında Fransaya dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,5 faiz artaraq, 9 milyon 915 min 45 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Fransaya dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz artaraq, 52 milyon 175 min 41 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 azalaraq, 986 milyon 646 min dollara bərabər olub.

Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur bu gün, cümə günü bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh danışıqlarına maraq göstərdiyinə dair “heç bir dəlil” yoxdur. Mur bu fikirləri İstanbulda çıxış edərkən səsləndirib. Onun çıxışı zamanı Britaniya kəşfiyyatının “qara internetdən” (dark web) istifadə etməklə Rusiya və digər ölkələrdə yeni agentlər cəlb etmək və gizli məlumatlar toplamaq planlarını açıqlayıb.

Dünya Uyğur Konqresi (DUK) Fransada Çin şirkətləri – Huawei, Hikvision və Dahuaya qarşı ikinci hüquqi şikayət ərizəsi təqdim edib. Təşkilat, bu şirkətləri Şərqi Türküstanda uyğurlar və digər müsəlman azlıqlara qarşı törədilən insanlığa qarşı cinayətlərdə iştirakda ittiham edir. DUK-un şikayətində qeyd olunur ki, adıçəkilən korporasiyalar Çin Kommunist Partiyasının qurduğu nəzarət sisteminə texnologiya və infrastruktur təmin edib. Buraya üz tanıma proqramları, biometrik məlumat bazaları və kütləvi izləmə mexanizmləri daxildir. Bu vasitələrin, bölgədə ixtiyari həbslərə və daimi qorxu mühitinin formalaşmasına şərait yaratdığı bildirilir.

Milan ciddi itki ilə üzləşib, komandanın fransalı qapıçısı Mayk Manyan sağ baldır əzələsində yenidən problem yaşayıb və qarşıdakı Udineze ilə oyunda iştirak etməyəcək. Bu, Manyanın sağ baldırında yaranan növbəti problemdir. Fransalı qolkiper ötən mövsüm eyni zədə səbəbindən 31 matçı buraxmışdı. Ümumilikdə, o, Milana keçidindən bəri müxtəlif zədələr səbəbindən 54 qarşılaşmada iştirak edə bilməyib.

Türkiyə 2025-cü ilin avqust ayında Fransaya polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq, 17 milyon 560 min 72 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Fransaya polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq, 153 milyon 572 min 3 dollara bərabər olub.

BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib. Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.

Fransada təxminən 104 deputat ölkə prezidenti Emmanuel Makronun vəzifədən kənarlaşdırılması ilə bağlı təklifi imzalayıb. Bu barədə “Boyun əyməyən Fransa” partiyasının parlament fraksiyasının rəhbəri Matilda Pano "X" sosial şəbəkəsində yazıb. “‘Boyun əyməyən Fransa’, dənizaşırı ərazilərdən olan nümayəndələr, ekologiya və kommunist partiyalarının təmsilçiləri də daxil olmaqla ümumilikdə 104 deputat prezident Emmanuel Makronun vəzifədən uzaqlaşdırılmasına dair təklifi imzalayıb”, – deyə o bildirib.