Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkənin hava məkanının qismən bağlanması ilə bağlı məhdudiyyətlərin müddətini aprelin 13-dək uzatmağa qərar verib. BƏƏ rəsmiləri xarici aviaşirkətləri bölgədəki riskləri ciddi şəkildə qiymətləndirməyə çağırıb. Uçuşların həyata keçirilməsi üçün hər bir reysdən əvvəl rəsmi qurumlardan "etirazın olmaması" barədə xüsusi təsdiq sənədinin alınması mütləq şərtdir.
#Oman
"Lloyd’s List" gəmiçilik jurnalının monitorinq etdiyi izləmə məlumatlarına görə, Omanın üç gəmisi Hörmüz boğazını İranın Larək adası yaxınlığındakı "təsdiqlənmiş dəhlizindən" kənar keçir.
Omanın rəsmi xəbər agentliyi ONA-nın verdiyi məlumata görə, ölkənin strateji əhəmiyyətli Salala limanı pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alınıb. Təhlükəsizlik mənbələrinə istinadən yayılan xəbərdə liman ərazisinə 2 PUA-nın düşdüyü bildirilir. Hadisə nəticəsində limanda çalışan xarici işçilərdən birinin orta dərəcəli xəsarət aldığı, həmçinin liman qurğularına aid kranlardan birində məhdud həcmdə maddi ziyan yarandığı qeyd olunub.
2025-ci ildə Azərbaycanın Oman iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 14,064 milyon ABŞ dolları təşkil edib. Hesabat ilində Azərbaycandan birbaşa investisiyaların ümumi həcmində Omana reallaşan investisiyaların payı 0,6% təşkil edib.
Artıq iki həftədir ki, İranın Körfəz ölkələrindəki yaşayış məntəqələrini, mülki obyektləri və kritik infrastrukturu hədəf alan raket və pilotsuz uçuş aparatı (PUA) hücumları davam edir. Cümə günü Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və bölgə dövlətləri bu hücumların təkcə regional təhlükəsizliyi deyil, həm də qlobal iqtisadiyyat və enerji bazarlarının sabitliyini təhdid etdiyini bəyan ediblər.
Belə ki, 529 Çin, 309 Azərbaycan, 282 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 25 İran, 26 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya,16 Fransa, 14 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 10 Bolqarıstan, 10 Konqo, 10 Nigeriya, 8 Braziliya, 8 Böyük Britaniya, 7 Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Kanadanın hər birinin 6, Serbiya, Qazaxıstan, Əfqanıstan, Avstriya, İsveçrə və Çexiyanın hər birinin 5, Bəhreyn, İordaniya, Şri-Lanka, Ukrayna, Türkiyə, Macarıstan, Belçika Küveyt və Banqladeşin hər birinin 4 vətəndaşı təxliyə edilib.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə proqramı üzrə dolayı danışıqların ikinci raundunda iştirak etmək üçün İsveçrəyə səfər edib. Planlaşdırmaya əsasən, İran və ABŞ arasında ikinci raund dolayı danışıqlar çərşənbə axşamı keçiriləcək və prosesə yenidən Oman vasitəçilik edəcək. Tərəflər arasında ilk raund ötən həftə Maskatda baş tutmuş və hər iki tərəf tərəfindən “yaxşı başlanğıc” kimi qiymətləndirilmişdi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, region ölkələrinin danışıqlar prosesindəki xoşniyyətli yanaşmalarını yüksək qiymətləndirdiklərini bildirib. Həftəlik mətbuat konfransında çıxış edən Bəqayi, İranın danışıqlar masasında "zaman qazanmaq" niyyəti güdməsi ilə bağlı tənqidlərə cavab verən Bəqayi, bu iddiaların əsassız olduğunu bildirib.
İranın ali lideri Ayətullah Əli Xameneyinin müşaviri Əli Laricani çərşənbə aqşamı nümayəndə heyəti ilə birlikdə Omana səfər edəcək. Bu barədə bazar ertəsi İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Səfərin regionda gərginliyin artdığı və diplomatik təmasların intensivləşdiyi bir vaxta təsadüf etməsi diqqət çəkir. Ötən həftə Omanın vasitəçiliyi ilə ABŞ və İran diplomatları arasında dolayı danışıqlar baş tutub. Bu danışıqlar ABŞ-ın İran yaxınlığındakı dəniz qüvvələrini gücləndirdiyi və Tehranın hər hansı bir hücum qarşısında sərt cavab verəcəyini vəd etdiyi bir şəraitdə diplomatiyanı canlandırmağa xidmət edir. Laricaninin səfəri bu proseslərin davamı kimi qiymətləndirilir.
BAKI,AzerVoice, Fərid Mikayılov İran və Oman xarici işlər nazirləri ABŞ–İran nüvə danışıqları ərəfəsində Maskat şəhərində görüş keçiriblər. AzerVoice xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Oman paytaxtı Maskatda bu ölkənin xarici işlər naziri Badr bin Həməd əl-Busaidi ilə danışıqlar aparıb.
ABŞ Prezidenti Donald Tramp, həyata keçirdikləri hava hücumlarından sonra İranın nüvə proqramını yenidən başlatmaq təşəbbüsündə bulunduğunu iddia edib. Tramp, İran ilə cümə günü Omanın paytaxtı Maskatda keçirilməsi gözlənilən görüşlər ərəfəsində "NBC News"a gündəmlə bağlı açıqlamalar verib. İranın ABŞ ordusunun vurduğu nüvə obyektlərinə qayıda bilmədiyini, lakin ölkənin başqa bir nöqtəsində yeni bir nüvə obyekti qurmağı düşündüyünü irəli sürən Tramp: "Bunu öyrəndik və 'Bunu etsəniz, çox ağır nəticələri olar' dedim," — ifadəsini işlədib.
Səudiyyə Ərəbistanının rəhbərliyi altında Körfəz ölkələri ABŞ Prezidenti Donald Tramp administrasiyasını İrana qarşı mümkün hərbi müdaxilədən çəkindirməyə çalışır. "Wall Street Journal" (WSJ) qəzetinin anonim mənbələrə istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı, Oman və Qətər rəsmiləri Vaşinqtonu xəbərdar ediblər. Onlar İrana qarşı hərbi addımın neft bazarlarını sarsıdacağını və nəticədə ABŞ iqtisadiyyatına ciddi ziyan vuracağını bildiriblər. Körfəz ölkələri mümkün hücumların Hörmüz boğazından keçən neft tankerlərinin hərəkətini dayandırmasından və regionda uzunmüddətli qeyri-sabitlik yaranmasından narahatdırlar.