Əli Əsədov Rusiya Dəmir Yolları-nin Baş direktoru ilə görüşüb.
#Rusiya
MDB Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və “Şimal–Cənub” marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq. Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur.
Şahin Mustafayev Aleksandr Novak ilə görüşüb.
Qazaxıstan 2025-ci ilin sonuna kimi “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin Aktau aeroportu yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırma üzrə hesabat təqdim edəcək. Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Rusiyaya kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq, 973 milyon 287 min 84 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Rusiyaya kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 112 milyon 221 min 28 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 26 milyard 958 milyon 84 min dollara bərabər olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırıldığını açıqlayıb. Yohannesburqda keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyə lideri Ukrayna Prezidenti Volodimir Zelenskinin bu yaxınlarda Ankaraya səfər etdiyini xatırladıb.
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Rusiyaya polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 55,9 faiz azalaraq, 68 milyon 229 min 76 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Rusiyaya polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz azalaraq, 10 milyon 775 min 12 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 13 milyard 735 milyon 173 min dollara bərabər olub.
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Rusiyaya tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz azalaraq, 225 milyon 351 min 18 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Rusiyaya tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz azalaraq, 22 milyon 187 min 77 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 7 milyard 887 milyon 219 min dollara bərabər olub.
Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın əsas enerji tandeminə çevrilmək üçün daha bir inamlı addım atır. Qlobal oyunçuların artan marağı fonunda iki ölkə getdikcə daha qətiyyətlə öz resurslarına və bir-birinə güvənərək regional gündəmi öz maraqlarına uyğun formalaşdırırlar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yaxınlarda Daşkəndə səfəri zamanı iki ölkə arasında enerji əməkdaşlığı yeni nəfəs aldı.
ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı təklif etdiyi sülh planı, Avropa İttifaqının Kiyevə dondurulmuş Rusiya aktivləri hesabına kredit ayırmaq niyyətini təhlükə altına qoyub.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukraynada sülhün bərqərar olunmasında tətbiq olunan sanksiyaların rolunu şərh edib. Vens sanksiyaların Ukrayna münaqişəsinin həllində üstünlük təmin edəcəyinə dair düşüncələri “ilüziya” adlandırıb və qeyd edib ki, Rusiyaya qarşı tətbiq olunan məhdudiyyətlərin Kiyevə qələbə qazandıracağına inanmaq yanlış olardı.
ABŞ prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsini dayandırmaq məqsədilə hazırladığı və 28 maddədən ibarət olan barış planının detalları üzə çıxıb.