#Rusiya

Bișkek vaxtı ilə 1 dekabr 2025-ci il gecə yarısı Qırğızıstanın Rusiyada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Qətərdə, Misirdə və Küveytdə yerləşən 80 xarici seçki məntəqəsində səsvermə prosesi başa çatıb. Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, eyni saatlarda ölkə hüdudlarından kənarda yerləşən daha 20 seçki məntəqəsində səsvermə davam edir. Həmin məntəqələr ABŞ, Böyük Britaniya, Macarıstan, Almaniya, Avstriya, Çexiya, Slovakiya, İtaliya, Belçika, İsveçrə və Fransada fəaliyyət göstərir.

2025-ci ilin yanvar- oktyabr aylarında Rusiyadan Türk limanlarına 2 milyon 889 min 267 ton yük daşınıb. “Bu ilin yanvar- oktyabr aylarında Rusiyadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 419 min 806 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. “Bu ilin yanvar- oktyabr aylarında Rusiyadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 445 min 80 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Rusiyaya sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,9 faiz azalaraq, 44 milyon 98 min 85 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Rusiyaya sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azalaraq, 4 milyon 876 min 94 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 3 milyard 753 milyon 487 min dollara bərabər olub.

Əvvəllər Polşa Müdafiə Nazirliyinin müavini Çesari Tomçik bildirib ki, nazirlik Avropa İttifaqından sərhədlərin möhkəmləndirilməsi, pilotsuz uçuş aparatlarının alınması və digər hərbi məqsədlər üçün 43,7 milyard avro istəyib. O əlavə edib ki, ölkə Avropanın militarizasiyası proqramı SAFE çərçivəsində onlarla milyard avro əldə etməyi planlaşdırır.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrini Rusiyaya məxsus dondurulmuş aktivlərlə bağlı qərar verməyə çağırıb. Ukrayna liderinin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri üçün kifayət qədər raket təmin etmək məqsədilə hər gün fasiləsiz şəkildə işləmək lazımdır.

Dövlətin hüquqi sisteminin xarakteri uzun bir tarixi prosesin nəticəsidir. Azərbaycan dövləti dünyəvi bir dövlətdir. Bunun əsas səbəblərinin obyektiv başa düşülməsi lazımdır.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Rusiyaya xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz azalaraq, 17 milyon 52 min 98 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Rusiyaya xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq, 2 milyon 888 min 76 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq, 2 milyard 302 milyon 868 min dollara bərabər olub.