Netanyahunun bu bəyanatları göstərir ki, İsrail üçün bu müharibənin məqsədi sadəcə İranı cəzalandırmaq və ya onu nüvə proqramı üzrə danışıqlara məcbur etmək deyil
#Tehran
İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər iki ölkədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə səfirlik və konsulluqlarımıza məlumat daxil olmayıb".
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai, İsrail rejimini "həqiqətin ən böyük düşməni" adlandıraraq, jurnalist və media nümayəndələrinə qarşı törədilən cinayətlərə görə bu rejimi sərt şəkildə tənqid edib.
İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Səid İravani, İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi hücumları "terrorçu və cinayətkar təcavüz" adlandıraraq, bu hücumların bütün beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini pozduğunu bildirib.
Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Anuar El Anuni Rusiya ilə İran arasında vasitəçilik təşəbbüsünə münasibət bildirib və Avropa İttifaqının buna qarşı olduğunu deyib.
İranın hələ ki istifadə etmədiyi təhlükəli silah- Xürrəmşəhr hipersəs raketi münaqişənin gedişatını dəyişə bilər.
İsrailin müdafiə naziri Yisrael Katz sosial media hesabında İranı və xüsusilə də Tehran əhalisini hədəfə alan sərt bəyanatla çıxış edib.
Tehran yaxınlığında hava hücumundan müdafiə bölmələri İsrail tərəfindən vurulub.
Bildirilib ki, hücum edilən bina sıx məskunlaşmış ərazidə yerləşir. Buna görə də ölən və yaralananların sayının artma ehtimalı yüksəkdir.
İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda paytaxt Tehranda, şəhəri tərk edən iran vətəndaşlarına görə tıxac yaranıb.