Sözlükdə "bir şeyi olduğundan başqa cür göstərmək, aldatmaq, oyatmaq; birinin marağını çəkmək, könlünü oxşamaq" mənalarını verən və məsdər olan sehr kəlməsi; "hiylə, aldatma; səbəbi gizli qalan iş" mənalarında isim kimi də istifadə olunur. Raqib əl-İsfahaninin izahlarından yola çıxaraq sehr terminini "əl cəldliyi, gözboyama və sirli sözlər söyləmə yolu ilə həyata keçirilən hiylə və aldatma işi, şeytanla yaxınlıq qurub ondan yardım alma və cisimlərin şəklini dəyişdirmə iddiası" kimi tərif etmək mümkündür.
#Ali İmran surəsi
Müsəlman düşüncə adamlarından biri nə gözəl deyibdir. Müsəlmanların yüksəlişi islamın yüksəlişinə bağlıdır. İslamın yüksəlişi isə nə xilafətin qurulmasıdır, nə də müsəlmanların vahid dövlətdə birləşməsi ilə bağlı deyildir. İslamın yüksəlişi onun anlayışlarının yüksəlişi ilə bağlıdır.
Eyni zamanda, Zəkəriyyə, İsa və Məryəm haqqında rəvayətlər qeyd edilir, Bədr və Uhud döyüşlərinə qısa şəkildə toxunulur.
Məhəmməd Peyğəmbərin həyatı İslam tarixində çox mühüm yer tutur. O, 40 yaşında ikən Hira mağarasında aldığı ilk vəhydən sonra İslamı yaymağa başlamışdır. Onun təbliğatı ilk illərdə Məkkədə ciddi müqavimətlə qarşılaşsa da, sonradan Mədinəyə hicrət etdikdən sonra İslam dövlətini qurmuş və dinin yayılmasını davam etdirmişdir.