Quran-i Kərimin 51-ci surəsi olan Zariyat surəsi 53 ayədən ibarətdir və Məkkə dövründə nazil olmuşdur. Surə adını ilk ayəsində keçən və "toz-torpağı sovuran küləklər" mənasına gələn "zariyat" sözündən götürmüşdür.
Quran bələdçisi: Surələrin mahiyyəti
Qurani-Kərimin 18-ci surəsi olan Kəhf, həm mənəvi güc, həm də dünyəvi ibrətlər baxımından dərin məna daşıyır. Məkkə dövründə nazil olmuş bu surə, insanı fitnələrə qarşı hazırlayan və imanı möhkəmləndirən mühüm hekayələri özündə birləşdirir. Adını isə içərisində bəhs edilən məşhur Mağara Əhli – Əshab-ı Kəhf hadisəsindən alır.
Qurani-Kərimin 39-cu surəsi olan Zümər surəsi, Məkkə dövründə nazil olmuş və ümumilikdə 75 ayədən ibarətdir.
Surənin adı 3-cü ayəsindəki “şura” (müsəlmanların) işlərini məsləhətləşərək görməsi ifadəsindən alınmışdır. Surədə Allahın varlığı və birliyi, axirət həyatı haqqında müxtəlif nümunələrlə bəhs edilir.
Bələd surəsi Quranın 90-cı surəsidir və 20 ayədən ibarətdir. Məkkə dövründə nazil olmuşdur. Surə öz adını ilk iki ayədə keçən “bələd” (şəhər) sözündən almış və bu sözlə Məkkəyə işarə edilmişdir. Surənin ilk ayələrində şəhərə, yəni Məkkəyə and içilir, sonra insanın çətin vəziyyətdə ikən dünyaya gətirilməsindən, buna görə həmin sıxıntıların öhdəsindən gəlmək üçün uca hədəflərə sahib bir şəxs olmasının əhəmiyyətindən bəhs edilir.
Tövbə surəsi tam olaraq Mədinədə nazil olan son surədir. 113-cü ayə ilə son iki ayənin Məkkədə endiyi barədəki rəvayət əksəriyyətin görüşü ilə uyğun gəlmir. Adını 117 və 118-ci ayələrdə keçən "tövbə" anlayışından almışdır. Bununla yanaşı, surədə müşrik və münafiqlərin tutduqları yanlış yoldan dönərək tövbə etmələrinin zəruriliyindən bəhs edilməsi bu isimlə anılmasına səbəb olmuşdur. Surə, "heç bir məsuliyyət qəbul edilməyəcəyinə dair bildiriş" mənasına gələn ilk kəlməsi "bəraət"ə görə "Bəraə" adıyla da anılmış, məzmununda münafiqlərdən geniş bəhs edilərək iç üzlərinin ortaya qoyulması və taktikalarının izah edilməsinə görə ondan çox başqa isimlərlə də adlandırılmışdır. 129 ayə olub, fasilələri (ayə sonu hərfləri) b, r, l, m, n hərfləridir; bunların ilk üçü altı ayənin sonunda yer almışdır.
Lüğətdə “sahib, malik” mənasını verən “zu” ilə “nəsib, qismət; eş, bənzər; kəfalət” kimi mənalara gələn “kifl” kəlməsindən yaranan Zülkifl, “nəsib, qismət və ya kəfalət sahibi” deməkdir. Zülkifl ismi Quranda iki ayədə xatırlanır.
Qurani-Kərimin 36-cı surəsi olan Yasin surəsi 83 ayədən ibarətdir. Surə adını elə ilk ayəsindən götürmüşdür. İslam Peyğəmbəri tərəfindən bu adla çağırılan surə, Buxari və Tirmizi kimi mötəbər hədis kitablarında da bu adla zikr olunur. Surənin Quranın qəlbi olduğunu bildirən rəvayətlərə əsasən, ona "kəlbü’l-Quran" (Quranın qəlbi) da deyilmişdir, lakin bu ad geniş yayılmamışdır. Yasin surəsinin Məkkə dövrünün ortalarında nazil olduğu qəbul edilir.
Qurani-Kərimin ilk surəsi olan “Fatihə” İslam düşüncəsində həm ibadətin başlanğıcı, həm də Allah–bəndə münasibətinin xülasəsi kimi qəbul olunur. Mənbələrə görə, “Fatihə” surəsi Məkkə dövrünün ilk illərində hissə-hissə deyil, bütöv şəkildə nazil olub. Bəzi rəvayətlər surənin iki dəfə nazil olması ehtimalını qeyd etsə də, əksər təfsirçilər onun məhz Məkkədə nazil edildiyi qənaətindədir.
Quranın 80-ci surəsi olan Əbəsə surəsi, 42 ayədən ibarətdir. Məkkə dövründə nazil olmuşdur.
Surədə Allahın təkliyi və peyğəmbərlik məsələlərinə aydınlıq gətirilmiş, Adəm və Saleh peyğəmbərlərin həyatlarından nümunələr verilmişdir. Eyni zamanda, peyğəmbərlərə qarşı gələnlərin aqibətindən bəhs edilir.
Surədə Həzrət Peyğəmbərə verilən nemətlərdən bəhs edilmiş, ona nə etməli olduğu bildirilmişdir.