#İslam irsi

İslamı qəbul edən ilk müsəlmanlardan biri olan Bilal Həbəşi, Məkkənin nüfuzlu şəxslərindən olan Ümeyyə ibn Xələfin köləsi idi. O, Bilalın müsəlman olduğunu öyrəndikdə, onu dindən dönməyə məcbur etmək üçün ən ağır işgəncələrə məruz qoymuşdur. Bilalı qızmar qum üzərinə uzadıb, sinəsinə ağır daşlar qoymuş, dəfələrlə döymüş və suya susadaraq onu təslim olmağa məcbur etməyə çalışmışdır. Lakin Bilal bütün əzablara rəğmən inancından dönməmiş və "Əhəd! Əhəd!" (Allah təkdir!) deyərək səbir göstərmişdir.

Hər il hicri-qəməri təqvimi ilə icra etdiyimiz Ramazan ayı bu il miladi təqvimlə mart ayına təsadüf edir. Ramazan orucu Allahu-təala tərəfindən həddi-büluğ yaşına çatmış hər bir müsəlman kişi və qadına vacib (fərz) qılınmışdır. Hz. Adəmdən Hz. Məhəmmədə (s.a.s) qədər bütün peyğəmbərlərin şəriətində mövcud olan bu ibadət, insanı mənəvi cəhətdən təmizləyən müqəddəs bir vəzifədir.

İslam dünyasının görkəmli mühəddis və fəqihi olan Əbu Bəkr Muhəmməd Əbhəri, Maliki məzhəbinin inkişafında müstəsna xidmətləri olan bir alimdir. Hicri 289-cu ildə (902-ci il) anadan olan Əbhəri, həm öz dövründə, həm də sonrakı əsrlərdə "siqa" (etibarlı və mötəbər) bir ravi kimi tanınmışdır. Hafiz Muhəmməd ibn Əbü’l-Fəvaris və məşhur hədis alimi Əbü’l-Həsən Əli ibn Ömər Darəqutni onun elmi dürüstlüyünü xüsusi qeyd etmişlər.

​Müasir psixologiyanın təməllərinin haradan gəldiyi tez-tez müzakirə olunsa da, İslam mədəniyyətində psixoterapiya qədim dövrlərdən bəri mövcuddur. Müsəlman alimləri hələ əsrlər əvvəl insanın həm fiziki, həm də ruhsal vəziyyətinin bir-biri ilə ayrılmaz bağlılığını sübut etmiş və bu sahədə əhəmiyyətli töhfələr vermişlər.

Xristian bir əsgərin ayağı yaralanmış və müsəlman həkim onu müalicə etdikdən sonra ayağını sarıyıb ordugahına geri göndərmişdir. Orada xristian bir həkim xəstəni müayinə etmiş, ayağını kəsmiş və nəticədə əsgər ölmüşdür. Başqa bir hadisədə qarnı ağrıyan xristian bir kralı müsəlman həkim müayinə edir və ona gecə dincəlməsini tövsiyə edir. Xristian olan başqa bir həkim isə krala dərman müalicəsi tətbiq edərək, vəziyyətinin ağırlaşmasına və gecədən sağ çıxmamasına nail olmuşdur. 1095-ci ildə Səlib yürüşləri başladığı zaman anadan olan Üsamə ibn Münqiz o dövrə aid başqa iki hadisəni də nəql edir. “Kitabül-İtibar” (İbrətlər kitabı) adlı əsərində yuxarıda nəql olunanlarla oxşar olan iki hadisə təsvir etmişdir. Lakin bu əhvalatda ayağı yaralı şəxs əsgər deyil, sıravi “bir insan” və mədə xəstəliyindən şikayətçi olan isə bir qadındır. İkisini də müalicə edən ərəb həkim Üsamənin əmisi Sabit idi. Digər təfsilatlar isə eynidir. İki xəstə də müalicə nəticəsində ölmüşdür.

İslam dinində xəstələr üçün müstəsna hökmlər nəzərdə tutulmuşdur. Bəqərə surəsində orucun fərz edildiyi ayədə Allah Təala belə buyurur: “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracak qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”

Yoluxucu xəstəliklər tibb tarixində hər zaman xüsusi maraq doğurmuşdur. Mikrob və miazma nəzəriyyələrinin inkişafı kimi əsas konsepsiyalar uzun illər ərzində geniş şəkildə öyrənilmiş, müxtəlif elmi məktəblər tərəfindən şərh edilmişdir. Bununla belə, yoluxucu xəstəliklərin anlaşılması və onlara qarşı mübarizədə müsəlman alimlərinin və İslam sivilizasiyasının tarixi töhfələri bu müzakirələrdə çox zaman yetərincə diqqətə alınmamışdır.

Amerikalı tarixçi Tomas F. Madden “Crusades: The Illustrated History” (“Səlib yürüşləri: Rəsmli tarix”) adlı kitabının tibblə bağlı fəslinə səlib yürüşləri dövründə baş vermiş iki diqqətçəkən hadisə ilə başlayır. Bu hadisələr həmin dövrdə müsəlman və xristian dünyasında tibbi bilik və təcrübə arasındakı fərqi açıq şəkildə nümayiş etdirir.