#Livan İsrail münasibətləri

Livan ilə İsrail arasındakı müzakirələr ABŞ və Avropanın güclü təzyiqləri altında davam edir və tərəflər masaya fərqli prioritetlərlə gəlirlər. Vatikan Dövlət Başçısı Papa XIV Leo-nun Livan səfərini tamamlamasının ardından, İsrail və Livan 3 dekabrda "Mexanizm" kimi tanınan Atəşkəsi Nəzarət Komitəsinin toplantılarına qarşılıqlı olaraq mülki nümayəndə göndərməyi qərara alaraq müzakirə prosesini yeni mərhələyə daşıyıb. ABŞ və Avropanın təzyiqi ilə sürət qazanan prosesdə, Livan heyətinə mülki nümayəndə kimi təyin edilən Səfir Simon Keremin səlahiyyətləri və müzakirələrin gündəliyi ətrafında mübahisələr ortaya çıxıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Hüquqları Ali Komissarlığının sözçüsü Thameen Al-Kheetan bildirib ki, İsrail ordusunun hücumları, 2024-cü ilin noyabrında Lübnanda atəşkəsin qüvvəyə mindiyi dövrdən bəri ən az 127 mülki şəxsin ölümünə səbəb olub. Al-Kheetan Cenevrədəki BMT ofisində keçirilən həftəlik mətbuat konfransında İsrail-Lübnan atəşkəsinin əldə edilməsindən təxminən bir il keçdiyini xatırladıb və İsrail ordusunun hücumlarının artdığını, bunun nəticəsində Lübnanda mülki şəxslərin hədəf alındığını bildirib.

İsrail ordusunun Lübnanın cənubundakı Nebatiye vilayətində bir avtomobilə pilotsuz uçuş aparatı (İHA) ilə etdiyi hücumda 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Rəsmi məlumatlara görə, Nebatiyəyə bağlı Bint Cubeyl rayonunun Tayri qəsəbəsində hərəkətdə olan avtomobil İsrail İHA-sı tərəfindən hədəf alınıb. Hücum zamanı hədəfə yaxın keçən məktəb avtobusundakı bir neçə şagird və sürücü yaralanıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Tamin əl-Xitan bildirib ki, İsrailin Livanla 2024-cü ilin noyabrında əldə etdiyi atəşkəsi pozması nəticəsində 114 mülki şəxs həlak olub. Əl-Xitan, Anadolu Agentliyinin “İsrail ordusu, atəşkəsə baxmayaraq Livanın cənubundakı dörd qəsəbədə bəzi məntəqələrə hücum təhdidi irəli sürərək, orada yaşayan sakinlərdən ərazini tərk etmələrini istəyib. Bu vəziyyəti necə qiymətləndirirsiniz, İsrailin bu addımını pisləyirsinizmi?” sualını yazılı şəkildə cavablandırıb.

İsrail işğal altında saxladığı ərazilərdən qoşunlarını çıxarmalıdır ki, Livan ordusu cənub sərhədində tam yerləşmə prosesini başa çatdıra bilsin. Bunu ölkə prezidenti Cozef Aun Beyrutda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə görüşündə bildirib. Prezident Administrasiyasının yaydığı açıqlamada Aunun sözlərinə istinadən bildirilib ki, “Livan hərbçiləri hazırda Litani çayından cənubdakı ərazilərin 85 faizinə nəzarət edir. Lakin beynəlxalq səviyyədə tanınmış sərhəddə yerləşməyə İsrail mane olur və aqressiv hücumlarını davam etdirir.”

İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.