Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Prezident İlham Əliyevin enerji strategiyasına həsr olunan “NUR ZƏFƏRİ” filmi təqdim olunub

    24 Dekabr 2025 11:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyevin enerji strategiyasına həsr olunan “NUR ZƏFƏRİ” filmi təqdim olunub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    “Konstitusiya və Suverenlik İli” çərçivəsində Cənab Prezident İlham Əliyevin son 20 illik fəaliyyəti nəticəsində elektroenergetika sahəsində əldə olunan nailiyyətlərə həsr edilmiş “NUR ZƏFƏRİ” adlı sənədli film hazırlanıb.

    AzerVoice xəbər verir ki, film “AzərEnerji” ASC-nin sifarişi ilə ərsəyə gətirilsə də, təkcə enerjinin istehsalı və ötürülməsi sahəsi ilə yekunlaşmayıb, eyni zamanda bütövlükdə paylayıcı şəbəkənin inkişafı, beynəlxalq enerji layihələri, eləcə də yaşıl enerji sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə əhatə olunub. Filmdə Prezident İlham Əliyevin düşünülmüş və ardıcıl enerji strategiyası bütöv şəkildə təqdim edilib. Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi dövründə elektroenergetika sahəsi təkcə bərpa olunmayıb, həm də əsaslı şəkildə yenidən qurularaq müasir, dayanıqlı və innovativ enerji sisteminə çevrilib.

    Qeyd olunub ki, 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə elektroenergetika sektorunda genişmiqyaslı islahatlara başlanılıb, milli idarəetmə modeli formalaşdırılıb, generasiya və paylayıcı şəbəkələr faktiki olaraq yenidən qurulub. Onlarla yeni elektrik stansiyası inşa edilib, mövcud güclər modernləşdirilib, enerji itkiləri əhəmiyyətli dərəcədə azaldılıb və ölkənin enerji təhlükəsizliyi təmin edilib.

    Filmdə Prezident İlham Əliyevin təşəbbüsü ilə paylayıcı şəbəkənin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, Bakı və regionlarda hava elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəzlənməsi, eləcə də “ağıllı şəhər” konsepsiyasına keçid ardıcıl şəkildə əks olunur. Eyni zamanda azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yaradılan enerji infrastrukturu milli bərpa strategiyasının mühüm tərkib hissəsi kimi təqdim edilir.

    Sənədli filmdə yaşıl enerji strategiyası, COP29-a ev sahibliyi, beynəlxalq enerji layihələri və Azərbaycanın regional enerji liderinə çevrilməsi Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışının nəticəsi kimi dəyərləndirilir. “NUR ZƏFƏRİ” filmi elektroenergetika sahəsində əldə olunan uğurları, bu sahədə çalışan energetiklərin fədakar əməyini və müasir Azərbaycanın inkişaf yolunu əks etdirən sənədli ardıcıllıq kimi təqdim olunur. https://youtu.be/UqNhRq7W-GU

    #Prezident İlham Əliyev #Azərenerji ASC #Qarabağ və Şərqi Zəngəzur #Nur Zəfəri sənədli filmi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

    29 Avqust 2026 13:05

    Prezident İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzalayıb

    27 Avqust 2026 15:42

    Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

    27 Avqust 2026 11:28

    Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb

    26 Avqust 2026 12:29

    Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib

    26 Avqust 2026 11:02

    Formula 1 üçün Azərbaycana gələn əcnəbilərə viza proseduru sadələşdirilir

    25 Avqust 2026 16:41

    Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib

    25 Avqust 2026 16:10

    Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

    24 Avqust 2026 19:53

    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

    24 Avqust 2026 17:01

    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar

    24 Avqust 2026 17:01

    Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb

    24 Avqust 2026 16:53

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanım Mehriban Əliyeva ilə Buxaraya səfərinə dair paylaşım edilib

    24 Avqust 2026 14:22
    XƏBƏR LENTİ

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    İslam memarlığının 8 şah əsəri hansılardır?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.