Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
#Prezident İlham Əliyev
"Bu gün, ölkəmizin inkişafı və xalqımızın mənafelərinin qorunması yolunda əzmlə fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Cənab Prezidenti səmimi-qəlbdən təbrik edir və ölkəmizin inkişafına yönəlmiş qətiyyətli fəaliyyətində daimi uğurlar arzulayırıq. Doğum gününüz mübarək, cənab Prezident!"
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: "Ləyaqət, saf niyyət və xeyirxah ürək— Uca Tanrının sözsüz eşitdiyi ali dualardır. Uca Allah Sizi və xalqımızı qorusun!"
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Zati-aliləri cənab Prezident. Əziz dost. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Dekabrın 23-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. İran Prezidenti dövlətimizin başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam şəhərində "Hilton Garden Inn Agdam" hotelinin açılışında iştirak edib. Dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verildi. Bildirildi ki, ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Burada, həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb. Hotelin ərazisində də geniş abadlıq işləri görülüb. Burada 120 nəfər daimi işlə təmin olunub. Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.
İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub.
“Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.