#Qırğızıstan

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 51 milyon 775 min 7 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qırğızıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz azalaraq, 4 milyon 281 min 20 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq, 16 milyard 6 milyon 424 min dollara bərabər olub.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qırğızıstana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq, 19 milyon 927 min 75 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qırğızıstana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz azalaraq, 1 milyon 808 min 51 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.

Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir. Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası nümayəndə heyətləri iştirak edirlər. Forumun əsas məqsədi türk dövlətləri arasında dayanıqlı və effektiv kommunikasiya mühitinin formalaşdırılması, həmçinin dezinformasiya təhdidlərinə qarşı mübarizə sahəsində institusional qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.

Bu günü, 15 dekabr Dünya Türk Dilləri Günü qeyd olunur. Bu tarix UNESCO tərəfindən dünya üzrə 200 milyondan çox insanın danışdığı türk dili ailəsini qeyd etmək və təşviq etmək məqsədilə təsis edilib. UNESCO-nun Özbəkistanda keçirilən 43-cü Baş Konfransı 15 dekabr tarixini Dünya Türk Dilləri Günü kimi rəsmi şəkildə elan edib. Məqsəd türk dili ailəsini qorumaq, qeyd etmək və onun təbliğini aparmaqdır.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq, 88 milyon 946 min 69 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qırğızıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 8 milyon 149 min 31 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.

Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin idxal-ixrac əməliyyatlarının genişləndirilməsi və AZPROMO və Mərkəzi Asiya ölkələri üzrə Ticarət Nümayəndəliyinin Palata ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı investisiyaların cəlb edilməsinin və ikitərəfli ticarət dövriyyəsinin artırılmasının, eləcə də biznes missiyalarının mütəmadi təşkilinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, yeni layihələrin müəyyənləşdirilməsi və iki ölkənin işgüzar dairələrinin əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə Ticarət Nümayəndəliyi və Palata arasında dekabr ayında Bişkekdə görüşün keçirilməsi nəzərdə tutulur.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qırğızıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 33,1 faiz azalaraq, 6 milyon 287 min 32 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qırğızıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,4 faiz azalaraq, 257 min 63 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq, 15 milyard 38 milyon 404 min dollara bərabər olub.

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi Türk Dövlətləri Təşkilatının (TDT) Enerji Nazirlərinin Beşinci Toplantısına ev sahibliyi edəcək. Tədbirdə Türk dövlətləri arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün atılmalı addımlar müzakirə olunacaq. Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar 9–10 dekabr tarixlərində İstanbulda keçiriləcək toplantı çərçivəsində iştirakçı ölkələrin enerji nazirləri ilə ikitərəfli görüşlər aparacaq və mövcud əməkdaşlıqların genişləndirilməsi istiqamətlərini müzakirə edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirdi.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qırğızıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artaraq, 15 milyon 749 min 98 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qırğızıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz azalaraq,1 milyon 9 min 30 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 1 milyard 344 milyon 995 min dollara bərabər olub.