#Qırğızıstan

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Qırğızıstana polad ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz artaraq, 7 milyon 508 min 59 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Qırğızıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,5 faiz artaraq, 1 milyon 221 min 27 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 16 milyard 541 milyon 573 min dollara bərabər olub.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq, 56 milyon 739 min 25 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Qırğızıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz azalaraq, 4 milyon 964 min 17 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq, 17 milyard 731 milyon 750 min dollara bərabər olub.

Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində iqlim dəyişikliyi sahəsində yeni beynəlxalq təşəbbüs irəli sürülüb. İclasda Türkmənistanın 2025-ci ildə SPECA-ya sədrliyi dövründə görülən işlərin yekunları nəzərdən keçirilib, proqramın fəaliyyətinin gələcək mərhələdə daha da gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

21 yanvar 2026-cı il tarixində, Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə YUNESKO üzrə Qırğız Respublikası Milli Komissiyasının baş katibi xanım Sabira Soltongeldiyeva arasında görüş keçirilib. Görüş zamanı tərəflər Fond və Milli Komissiya arasında Türk dünyasının mədəni irsinin qlobal səviyyədə qorunması, inkişafı və təbliği sahəsində, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi vasitəsilə tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

21 yanvar 2026-cı il tarixində Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri cənab Mirbek Mambetaliyev arasında görüş keçirilib. Görüşdə nazir müavini Askaraly Madaminov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri cənab Nusubalı Yakupbekov da iştirak ediblər.

SPECA İqtisadi Forumunda Azərbaycanın regional əməkdaşlığın inkişafına verdiyi töhfə, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, investisiya və biznes mühitinin yaxşılaşdırılması tədbirləri barədə məlumat verilib. Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində “Beynəlxalq Sülh və Etimad İli: Dayanıqlı İnkişaf naminə regional qarşılıqlı əlaqəlilik” mövzusunda SPECA İqtisadi Forumu keçirilib.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya ölkəyə 17 axtarılan şəxsin gətirildiyini açıqlayıb. Yerlikayanın bildirdiyinə görə, bu şəxslər arasında 12 nəfər qırmızı bültenlə, 5 nəfər isə milli səviyyədə axtarılan cinayətkardır. Onların ölkəyə gətirilməsi bir neçə beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilib.

Bu gün Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə Özbəkistan Respublikasının xarici işlər naziri Bəxtiyor Saidov arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər Qırğızıstan–Özbəkistan əməkdaşlığının aktual məsələlərini müzakirə edərək, beynəlxalq nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinə, eləcə də Qırğızıstan–Özbəkistan dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin optimallaşdırılmasına yönəlmiş tədbirlərə xüsusi diqqət ayırıblar.

ABŞ Dövlət Departamenti Qırğızıstan, Tacikistan və Türkmənistanı turist və işgüzar B1/B2 vizaları üçün məcburi vizə depoziti tətbiq edilən 38 ölkənin siyahısına daxil edib. Yeni qaydalara əsasən, viza üçün müraciət edən şəxslərdən 5 min, 10 min və ya 15 min ABŞ dolları məbləğində depozit tələb oluna bilər. Depozitin məbləği konsulluqda keçirilən müsahibə zamanı fərdi qaydada müəyyən edilir.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qırğızıstana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz azalaraq, 37 milyon 160 min 3 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qırğızıstana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,2 faiz azalaraq,4 milyon 141 min 89 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 37 milyard 764 milyon 784 min dollara bərabər olub.

2025-ci ilin yanvar- noyabr ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 12 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 6 milyon 350 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 15 milyon 350 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - noyabr ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (11) qeydiyyata alınıb.