#Qırğızıstan

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) müvəqqəti ofisində Qırğızıstan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının başqanlar heyətinin üzvü Sovetbek Zakirov AQC sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Orucu ziyarət edib. Görüş zamanı Qırğızıstan nümayəndəsi ölkəsindəki qiymətləndirmə prosesləri barədə ətraflı məlumat verib. Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bișkek vaxtı ilə 1 dekabr 2025-ci il gecə yarısı Qırğızıstanın Rusiyada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Qətərdə, Misirdə və Küveytdə yerləşən 80 xarici seçki məntəqəsində səsvermə prosesi başa çatıb. Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, eyni saatlarda ölkə hüdudlarından kənarda yerləşən daha 20 seçki məntəqəsində səsvermə davam edir. Həmin məntəqələr ABŞ, Böyük Britaniya, Macarıstan, Almaniya, Avstriya, Çexiya, Slovakiya, İtaliya, Belçika, İsveçrə və Fransada fəaliyyət göstərir.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 11 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 6 milyon 250 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 15 milyon 350 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qırğızıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq, 3 milyon 152 min 45 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Qırğızıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq, 568 min 95 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 3 milyard 753 milyon 487 min dollara bərabər olub.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qırğızıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artaraq, 14 milyon 740 min 68 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Qırğızıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 95,8 faiz artaraq,1 milyon 379 min 52 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 1 milyard 224 milyon 722 min dollara bərabər olub.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qırğızıstana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq, 18 milyon 119 min 24 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Qırğızıstana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz artaraq, 3 milyon 263 min 35 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq, 2 milyard 302 milyon 868 min dollara bərabər olub.