Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti), partiyanın Xarici Əlaqələr Şöbəsinin koordinasiyası ilə Rusiya, Çin, Azərbaycan, Cənubi Afrika və Kuba da daxil olmaqla 18 ölkədən 18 siyasi partiya ilə əməkdaşlıq memorandumu imzalayıb. Son dövrlərdə Ədalət və İnkişaf Partiyası bu memorandumlardan Qazaxıstan, Moldova, Monqolustan, Rusiya, Ekvatorial, Cənubi Afrika, Azərbaycan, Kuba, Şimali Kipr Ruanda, Kosova, Kamboca, Çin, Somali, Efiopiya, Cibuti, Özbəkistan ı və Serbiya dövlətlərinin partiyaları ilə imzalayıb.
#Qırğızıstan
Bu ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatına sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, "Regional sülh və təhlükəsizlik" şüarı altında sammit olacaq. Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib. "Keçiriləcək Sammit "Regional sülh və təhlükəsizlik" şüarı altında baş tutacaq. Bu, təsadüfi deyil, çünki bölgəmizin sabitliyi və təhlükəsizliyi bütün əməkdaşlıq təşəbbüslərimizin təməlini təşkil edir.
Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfərə gəlib.işkek şəhərinin "Manas" Beynəlxalq Aeroportunda Ə.Əsədovu Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Bakıt Torobayev, Qırğız Respublikası xarici işlər nazirinin müavini Temirbek Erkinov və digər rəsmi şəxslər qarşıladılar.
Türkiyə ilə Qırğızıstan arasında iqtisadi və strateji əməkdaşlığı gücləndirəcək 12-ci Dövr Türkiyə-Qırğızıstan Karma İqtisadi Komissiyası (KEK) Protokolu imzalanıb. Bişkekdə keçirilən görüşlər çərçivəsində Türkiyə vitse-prezidenti Cevdet Yılmaz və Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev əvvəlcə ikitərəfli, daha sonra nümayəndə heyətləri səviyyəsində danışıqlar aparıblar.
Azərbaycanda “Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil edilən “Türk Dünyası: Ortaq Mirasdan Ortaq Gələcəyə Doğru” adlı beynəlxalq konfrans geniş iştirakla baş tutub.
15 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında Fondun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, gənc şair Fərid Hüseynin yaradıcılığına həsr olunmuş ədəbi-bədii konsert və onun dahi Nizami Gəncəvi yaradıcılığı haqqında qələmə aldığı “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, həmçinin dövlət xadimləri, elm adamları və ədəbiyyat dünyasının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Qırğızıstan ərazisində 4,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ölkənin Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Sarsıntıların episentri və dərinliyi barədə dəqiqləşdirmə işlərinin Qırğızıstan Sismologiya İnstitutu tərəfindən aparıldığı bildirilib.
Türkiyə 2025-cü ilin avqust ayında Qırğızıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,6 faiz azalaraq, 172 min 53 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qırğızıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azalaraq, 2 milyon 48 min 96 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3 artaraq, 2 milyard 917 milyon 28 min dollara bərabər olub.
1 avqust 2025-ci il tarixinə olan məlumata görə, Qırğızıstanda 14 989 nəfərdə insan immunçatışmazlığı virusu (VİÇ) aşkar edilib. Bu barədə məlumatı Respublika Hemokontakt Viruslu Hepatitlər və VİÇ-ə Nəzarət Mərkəzi yayıb.
Çərşənbə axşamı Dohada partlayış səsləri eşidilib. İsrail qırıcı təyyarələrinin Qətərin paytaxtında HƏMAS rəhbərliyini hədəf alan hava zərbəsi endirdiyi açıqlanıb. Hadisə, Qəzza ilə bağlı atəşkəs razılaşması üzrə aparılan danışıqlara yeni zərbə kimi qiymətləndirilir.
Türkiyə 2025-cü ilin avqust ayında Qırğızıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz azalaraq, 4 milyon 780 min 99 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 36 milyon 406 min 9 dollara bərabər olub. Qeyd edək ki,2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 artaraq, 11 milyard 379 milyon 976 min dollara bərabər olub.
Qırğızıstan Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşmalarını dəstəkləyir. Bunu Qırğızıstan parlamentinin sədri Nurlanbek Turqunbek ulu Qırğızıstanda rəsmi səfərdə olan Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşü zamanı deyib.