#Qırğızıstan

Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı iqlim dəyişikliyinin artıq abstrakt təhlükə yox, real təhlükə olduğunu bəyan edib. Japarov vurğulayıb ki, ŞƏT-ə üzv ölkələrin birgə fəaliyyəti qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynaya bilər.

2025 -ci ilin iyulunda Qırğızıstandan Türkiyəyə 16 min 106 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 2,53 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,23 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında Qırğızıstandan Türkiyəyə 114 min 946 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,85 faiz çoxdur. 2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,41 faiz təşkil edib. Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyulunda Türkiyəyə 6 milyon 969 min 546 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 4,97 faiz azdır.

Türk Dövlətləri Təşkilatı (TDT) və Türk Dil Qurumunun (TDQ) birgə təşkilatçılığı ilə ənənəyə çevrilmiş “Dildə, Fikirdə, İşdə Birlik Türk Dünyası Ədəbiyyat Mükafatları” bu il 26 sentyabrda sahiblərinə təqdim ediləcək. Tədbirə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım sədrlik edəcək. Açılış çıxışlarını Binəli Yıldırım, qurumun rəhbəri professor Dərya Örs və Türk Dil Qurumunun sədri professor Osman Mert edəcəklər.

2025-ci ilin yanvar- iyul ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 9 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 5 milyon 500 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 15 milyon 150 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyul ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (9) qeydiyyata alınıb. “İstanbulda qeydiyyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 5 milyon 500 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib. Məlumata əsasən, 2025-cü ilin yanvar - iyul ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 6 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Türkiyə 2025-cü ilin iyul ayında Qırğızıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,7 faiz artaraq, 335 min 26 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Qırğızıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz azalaraq, 1 milyon 876 min 43 dollara bərabər olub.

Qırğızıstanın Milli İnvestisiya Agentliyindən verilən məlumata görə, 18 sentyabrda Bişkekdə Qırğızıstan-Türkiyə biznes forumu təşkil olunacaq. Tədbir Qırğızıstan və Türkiyənin dövlət qurumlarını, biznes dairələrinin nümayəndələrini və investisiya şirkətlərini bir araya gətirəcək.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qırğızıstana rəsmi səfəri çərçivəsində bu gün, 22 avqustda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən bir sıra mühüm sənədlərə imza atılıb. Dövlət başçıları “2025–2027-ci illər üçün Qazaxıstan–Qırğızıstan əməkdaşlığının kompleks planı” haqqında Yuxarı Dövlətlərarası Şuranın qərarını təsdiqləyiblər.

Türkiyə 2025-cü ilin iyul ayında Qırğızıstana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,6 faiz artaraq, 2 milyon 349 min 29 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Qırğızıstana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq, 10 milyon 647 min 68 dollara bərabər olub.