Balıkesir şəhərinin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra 330 yeraltı təkan sarsıntı qeydə alınıb. Türkiyənin Fövqəladə Hallar və Təcili Yardım İdarəsi (AFAD) məlumatına görə, dünən saat 23:48-də Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələ olub. Zəlzələ yalnız Balıkesir deyil, həmçinin İzmir, Bursa, İstanbul, Tekirdağ, Kocaeli və Sakarya daxil olmaqla Marmara və Egey bölgələrinin bir çox şəhərində hiss edilib. Zəlzələnin dərinliyi 5,99 kilometr olaraq müəyyən olunub.
#Zəlzələ xəbəri
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,6 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, saat 10:10-da baş verən yeraltı təkanların dərinliyi 6,22 kilometr olub. Son günlər bölgədə bir neçə dəfə zəlzələlər baş verdiyi üçün Sındırgı hələ də silkələnməyə davam edir.
Egey dənizində 4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib. Məlumata əsasən, zəlzələ yerin 13,61 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və zəlzələnin bölgədə ciddi təsir yaratmadığını bildiriblər.
Ekvadorun cənubunda, El Oro əyalətində 5,5 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) məlumatına görə, ölkənin cənubundakı El Oro əyalətinə bağlı Arenillas qəsəbəsinin 11,5 kilometr cənub-şərqində, yerli vaxtla saat 19:05-də 5,5 bal gücündə təkan qeydə alınıb. Zəlzələ 73,6 kilometr dərinlikdə baş verib. Zəlzələdə insan tələfatı və zərər barədə hələ açıqlama verilməyib.
Filippinin Luzon adasında yerləşən Union şəhəri yaxınlığında 6,1 maqnitudalı zəlzələ qeydə alınıb. ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Luzon adasındakı Union şəhərinin cənub-qərbində yerləşib. Təxminən 69 kilometr dərinlikdə baş verən yeraltı təkan nəticəsində hazırda hər hansı insan tələfatı və ya maddi zərər barədə məlumat verilməyib. Zəlzələdən sonra “tsunami” xəbərdarlığı da elan edilməyib.
Filippində 7,4 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin yerin 62 kilometr dərinliyində qeydə alındığını bildirib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib. Dalğaların episentrə 300 kilometr məsafədəki sahil bölgələrində təsirli ola biləcəyi qeyd olunub.
Türkiyənin Malatya şəhərinin Battalqazi rayonunda 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb. Yerlatı təkanların ocağı 10,33 kilometr dərinlikdə yerləşib.
Türkiyənin Tekirdağ şəhərinin Marmaraereğlisi rayonunda 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.
Filipinlərin Palompon bölgəsinin qərbində, 30 sentyabrda baş verən 6,9 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 72-yə çatıb. Palomponun qərbində və Cebu əyalətinin sahilində baş verən zəlzələdən sonra itkilər artmaqda davam edir. Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurasından (NDRRMC) verilən açıqlamada, 6,9 bal gücündə zəlzələdə ölənlərin sayının 72-yə yüksəldiyi bildirilib.
Kütahya şəhərinin Simva rayonunda 3,6 və 4 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Kütahya şəhərində yerli vaxtla saat 19:09 (Bakı vaxtı ilə saat 20:09-da) baş verib. Yeraltı təkanların ocağı 6,96 kilometr dərinlikdə yerləşib. AFAD-ın paylaşdığı digər məlumata əsasən, yerli vaxtla saat 19:43 (Bakı vaxtı ilə saat 20:43da) baş verən ikinci zəlzələnin dərinliyi 11.91 km olub. Qeyd edək ki, bu gün Simavda qeydə alınan 5.4 bal gücündəki zəlzələdən sonra bölgədə artçı təkanlar davam edir.
Türkiyənin Ərzurum vilayətində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Ərzurum vilayətində yerli vaxtla saat 11:29da (Bakı vaxtı ilə saat 12:29-da) baş verib. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.
Cənubi Amerika ölkəsi Venesuelanın şimal-qərbində 6,2 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) zəlzələnin episentrinin Venesuelanın Zulia əyalətinə bağlı Mene Grande qəsəbəsi olduğunu açıqlayıb. Yer səthindən 7,8 kilometr dərinlikdə baş verən 6,2 bal gücündəki zəlzələ Venesuelanın böyük hissəsində və Kolumbiyanın sərhəd bölgələrində hiss olunub. Zəlzələdən sonra hələlik insan tələfatı və maddi zərər barədə açıqlama verilməyib.