Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyədə zəlzələdən sonra bölgədə 300- dən çox yeraltı təkan qeydə alınıb

    28 Oktyabr 2025 13:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə zəlzələdən sonra bölgədə 300- dən çox yeraltı təkan qeydə alınıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Balıkesir şəhərinin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra 330 yeraltı təkan sarsıntı qeydə alınıb.

    AzerVoice xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar və Təcili Yardım İdarəsi (AFAD) məlumatına görə, dünən saat 23:48-də Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələ olub.

    Zəlzələ yalnız Balıkesir deyil, həmçinin İzmir, Bursa, İstanbul, Tekirdağ, Kocaeli və Sakarya daxil olmaqla Marmara və Egey bölgələrinin bir çox şəhərində hiss edilib. Zəlzələnin dərinliyi 5,99 kilometr olaraq müəyyən olunub.

    6,1 bal gücündəki əsas zəlzələdən sonra, dünən saat 23:48-dən bu gün saat 12:00-dək təxminən 13 saat ərzində ümumilikdə 330 yeraltı təkan qeydə alınıb.

    Sismik monitorinq statistikasına görə, 6,1 bal gücündəki əsas sarsıntıdan dərhal sonra bölgədə seysmik fəaliyyət artıb. Onlardan 12-si 4 bal və daha yüksək gücə malik artçılar olub.

    Qeyd edək ki, dünən gecə Sındırgı mərkəzli 6,1 bal gücündə zəlzələ baş vermiş, bu zəlzələ İstanbul və ətraf şəhərlərdə də hiss olunmuşdu. Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya zəlzələdən sonra bildirib ki, ölüm halı qeydə alınmayıb, lakin istifadəsiz 3 bina və 1 dükan dağılıb. Tədbir məqsədilə Balıkesir şəhərində bütün məktəblər bir gün bağlanıb.

    Həmçinin, Balıkesir Sındırgı zəlzələsi Manisa şəhərinə də təsir göstərib. 26 evdə zərər aşkarlanıb və bir çox insan panik səbəbindən xəsarət alıb. Manisa valisi Vahdettin Özkan 5 rayonda təhsilə bir günlük fasilə verildiyini açıqlayıb.

    Özkan bildirib ki, Akhisar, Demirci, Kırkağaç, Soma və Gördes rayonlarında təhsil bu gün üçün dayandırılıb.

    #AFAD #zəlzələ #Balıkesir #SeysmikFəaliyyət #Zəlzələ Xəbərləri #Zəlzələ diplomatiyası #Zəlzələlərin siyasi təsiri #seysmik hadisələr #Seysmik aktivlik #Türkiyədə zəlzələ 2025 #Türkiyənin aktiv zəlzələ zonaları #Zəlzələnin təsiri və nəticələri #seysmik risk #Zəlzələ xəbəri #6 bal gücündə zəlzələ #Balıkesirdə zəlzələ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tibetdə 5 bal gücündə zəlzələ baş verib

    27 Avqust 2026 21:13

    Kayseridə 4,1 maqnitudalı zəlzələ baş verib

    26 Avqust 2026 11:35

    Kolumbiya prezidenti Trampdan rüsumların müvəqqəti dayandırılmasını istəyib

    16 Avqust 2026 12:54

    Azərbaycan XİN zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib

    15 Avqust 2026 22:26

    İndoneziyanın Halmahera adasında 5,5 bal gücündə zəlzələ baş verib

    5 Avqust 2026 21:34

    Filippində 6,3 bal gücündə zəlzələ baş verib

    5 Avqust 2026 09:44

    Adalar dənizində 3,5 bal gücündə zəlzələ baş verib

    29 İyul 2026 15:00

    Zəlzələdən sui-istifadə edənlər indi qanun qarşısında cavab verirlər - Ərdoğan

    28 İyul 2026 15:44

    Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib

    28 İyul 2026 12:33

    Yeni Zelandiyanın Şimal adasında 5,8 bal gücündə zəlzələ baş verib

    24 İyul 2026 21:36

    Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 333 nəfərə çatıb

    11 İyul 2026 22:35

    İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib

    3 İyul 2026 11:39
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.