#ABŞ İsrail dəstəyi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranın nüvə proqramının tamamilə sülh məqsədli xarakter daşıdığını yaxşı bilir. Baqai “Əl-Cəzirə”yə verdiyi müsahibədə qeyd edib ki, Qrossinin əsassız bəyanatları ABŞ və İsrail rejiminin İrana qarşı təcavüzkar hərəkətlərinə zəmin yaradıb. O, ABŞ tərəfindən dəstəklənən İsrailin iyun ayının ortalarında İrana qarşı başladığı hərbi hücuma işarə edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illiyi münasibətilə çıxış edərək bildirib ki, İran millətlərin hüquqlarını həqiqətən təmsil edən və ədalət uğrunda dayanan bir BMT-yə inanır. Bazar ertəsi Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunda keçirilən mərasimdə çıxış edən İsmayıl Baqai deyib ki, hazırkı qlobal vəziyyət bəzi güclərin BMT Nizamnaməsinin əsas prinsiplərinə əməl etməməsinin nəticəsidir.

İsrail Prezidenti İshaq Hersoq ABŞ Prezidenti Donald Trampa ölkənin ən yüksək mülki ordenini təqdim edəcəyini açıqlayıb. Təltif qərarı Trampın Qəzzada girovların azad edilməsində və müharibənin dayandırılmasında göstərdiyi səylərə görə qəbul edilib. Prezident Hersoqun ofisindən yayılan bəyanatda bildirilib ki, “Tramp tükənməz səyləri ilə təkcə sevdiklərimizin vətənə qayıtmasına kömək etmədi, həm də Yaxın Şərqdə təhlükəsizlik, əməkdaşlıq və sülhə əsaslanan yeni dövrün təməlini qoydu. Onu İsrailin Prezident Şərəf Ordeni ilə təltif etmək mənim üçün böyük şərəf olacaq”.

ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan edib ki, Qəzza müharibəsi İsrailə zərər vurur və nəticədə Tel-Əviv bu müharibəni dayandırmaq məcburiyyətində qalacaq. O, bildirib ki, döyüşlərin davam etməsi səbəbindən İsrail Vaşinqtondakı siyasi dairələr üzərində əvvəlki təsirini və nüfuzunu itirib. Tramp bu fikirləri ABŞ-ın “Daily Caller” saytına verdiyi və bazar ertəsi yayımlanan müsahibəsində səsləndirib. “Onlar bu müharibəni bitirmək məcburiyyətində qalacaqlar və heç bir şübhə yoxdur ki, bu, İsrailə zərər verir. İsrail müharibəni qazana bilər, amma ictimaiyyətlə əlaqələr müstəvisində nüfuz qazanmır. Bu isə onun üçün mənfi nəticədir”-deyə o qeyd edib.

Tramp həmçinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvada Rusiya tərəfi ilə görüş keçirəcəyini xatırladaraq, enerji tarifləri və digər geosiyasi məsələlərlə bağlı qərarların bu görüşdən sonra veriləcəyini bildirib. Ukrayna müharibəsinə münasibətində isə Tramp məsuliyyəti Co Baydenin üzərinə qoyaraq, “Bu müharibə mənim deyil, Baydenin müharibəsidir. Mən ABŞ-ı bu qarışıqlıqdan çıxarmaq üçün buradayam” deyib.