Suriyada yeni administrasiya dövründə keçiriləcək ilk parlament seçkiləri təhlükəsizlik səbəbindən ölkənin cənubundakı Süveyda vilayətində, həmçinin Həsəkə və Rəqqa vilayətlərində baş tutmayacaq. Komissiyanın açıqlamasına görə, Həsəkə və Rəqqa vilayətlərində də seçkilər yalnız “təhlükəsiz mühit” təmin edildikdən sonra keçiriləcək. Bu üç vilayətə ayrılmış yerlər seçkilər baş tutana qədər boş qalacaq.
#Druz tayfaları
Suriyanın cənubunda yerləşən Süveyda vilayətində baş verən toqquşmalar səbəbindən Busrə əş-Şam humanitar dəhlizi bağlanıb. Bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı ölkənin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Parisdə ABŞ vasitəçiliyi ilə baş tutan Suriya və İsrail nümayəndə heyətlərinin görüşü yalnız hərbi gərginliyin azaldılması və 1974-cü il atəşkəs razılaşmasının aktivləşdirilməsi ətrafında cərəyan edib. Tərəflər arasında hələlik heç bir yekun razılaşma əldə olunmayıb.
Gertrude Margaret Lowthian Bell (14 iyul 1868 – 12 iyul 1926) — ingilis yazıçısı, səyyahı, siyasi rəsmisi, administratoru və arxeoloqu idi. O, həyatının böyük hissəsini Yaxın Şərqi “kəşf etmək” adı və xəritələşdirmək adı altında casusluq fəaliyyəti göstərmişdir.