#Avropa

NATO Arktikada fəaliyyətini genişləndirərək Qrenlandiyada yeni “Arctic Sentry” təşəbbüsünü işə salmağa hazırlaşır. Alyansın bu addımı rəsmi olaraq regionda artan təhlükəsizlik çağırışlarına cavab kimi təqdim edilsə də, diplomatik mənbələr təşəbbüsün əsasən siyasi və kommunikasiya xarakteri daşıdığını bildirirlər.

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Avropaya qarşı gömrük rüsumları ilə bağlı təhdidlərinə münasibət bildirərək, Avropanın zərurət yaranacağı təqdirdə öz maraqlarını müdafiə etməyə tam hazır olduğunu bəyan edib. O qeyd edib ki, Avropa İttifaqı liderləri Brüsseldə qısa müddətdə bir araya gələrək gömrük rüsumu təhdidlərindən çəkinməmək mövqeyində ortaq razılığa gəliblər.

Avropa futbolunun iki tanınmış siması, Pep Qvardiola və Joze Mourinyo bu dəfə dolayısı ilə eyni uğurun tərəfdaşına çevrilib. 2025/26 mövsümündə Çempionlar Liqasında Mançester Sitinin birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanmasında Benfikanın son saniyələrdə vurduğu həlledici qol mühüm rol oynayıb. Lakin yekun mövqe Benfika - Real Madrid qarşılaşmasının nəticəsindən asılı olub.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Aİ xarici işlər nazirləri İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınması məsələsini müzakirə etməyə hazırlaşır. Brüsseldə keçiriləcək toplantı ərəfəsində jurnalistlərə açıqlama verən Kallas, İranda kütləvi etiraz aksiyalarına qarşı tətbiq olunan sərt və ölümcül repressiyaların bu qərarı zəruri etdiyini vurğulayıb.

Fransa uşaqlarını qorumaq üçün radikal addım atdı. Parlamentdə sabaha qədər davam edən marafon iclasda millət vəkilləri sosial media platformalarının uşaqlar üçün yaratdığı təhlükələrə qarşı "dur" deyib. Fransa Parlamenti bazar ertəsi günü 15 yaşından kiçik uşaqların sosial media platformalarından istifadəsini qadağan edən qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib.

Yanvarın 26-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi və Cənubi Qafqaz üzrə regional direktor xanım Roland Praysın da təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı ölkəmizlə Dünya Bankı arasında əməkdaşlğın mövcud vəziyyəti və inkişaf perspektivləri, Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr, xüsusilə infrastruktur, şəhər inkişafı, energetika və rəqəmsal sahələr üzrə cari və gələcək proqramlar müzakirə edilib.

Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri təkcə Ukrayna ərazisində deyil, həm də bütün Avropa üçün təhlükə yaradan müharibənin dəqiq bitmə tarixinin müəyyənləşdirilməsinə yol aça bilər. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Litvaya səfəri zamanı bildirib. Zelenskinin sözlərinə görə, ABŞ ilə ikitərəfli təhlükəsizlik zəmanətləri Ukrayna üçün əsasdır. Müvafiq sənəd artıq hazırdır və Ukrayna tərəfdaşların imzalaması üçün müvafiq status verməyə hazır olduğunu gözləyir.

BEA-nın son hesabatına əsasən, Norveçdən Avropanın qalan hissəsinə boru kəməri ilə nəql olunan qaz tədarüklərinin 2024-cü ilki göstəricilərə yaxın olacağı gözlənilir, digər yandan Şimali Afrika və Azərbaycandan idxalın mülayim artım göstərəcəyi proqnozlaşdırılır. Bu əlavə tədarüklər 2026-cı ilin iyul ayında Türkiyə ilə müqavilənin baş çatmasından sonra Rusiya və İrandan boru kəməri qazı idxalının azalmasını qismən kompensasiya edəcək.

Fransa Prezidenti Emmanuel Makron Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidlərinə sərt reaksiya verib. Fransa lideri ABŞ-ın mümkün yüksək gömrük rüsumlarını “tamamilə qəbuledilməz” adlandıraraq, tariflərin davamlı şəkildə artırılmasının beynəlxalq ticarət sisteminə ciddi zərər vurduğunu vurğulayıb.