#Avropa

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.

Ermənistan Xarici İşlər Nazirliyi “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icra qaydasını müəyyən edən sənədi dərc edib. Sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında ötən gün Vaşinqtonda keçirilmiş görüşün yekunlarına əsasən təqdim olunub.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani arasında görüş keçirilib. İki ölkə arasında güclü dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. “ACWA Power” şirkəti ilə həyata keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası qardaşlığın və tərəfdaşlığın rəmzi kimi dəyərləndirilib. Bu əməkdaşlığın digər perspektivli layihələrlə genişlənəcəyi qeyd edilib.

Ukrayna və Amerika Birləşmiş Ştatları prezidentləri yenidən görüşəcəklər. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə məlumat verib. Zelenski yanvarın sonunda ABŞ Prezidenti Donald Trampla sülh planını müzakirə etmək üçün yeni görüş keçirəcəyini açıqlayıb. Prezidentin sözlərinə görə, bundan əvvəl Avropa liderlərinin görüşü olacaq, orada təhlükəsizlik sənədləri yekunlaşdırılacaq. Liderlər bir çox məsələni müzakirə edəcəklər.

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında görüş başlayıb. Görüşdə Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə irəli sürülən 20 maddəlik sülh planının müzakirə olunacağı bildirilir. Məlumata görə, görüşdən sonra tərəflərin Avropa liderləri ilə telefon danışıqları aparması da nəzərdə tutulub. Qeyd edək ki, bu, Volodimir Zelenskinin Donald Trampla görüşmək üçün ABŞ-yə beşinci səfəridir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib. Tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.

Müasir dünyanın paradoksu ondadır ki, insanlığın ən qədim və eyni zamanda ən müasir problemlərindən biri olan yoxsulluğa qarşı qlobal mübarizə XXI əsrdə Asiya ölkələrinin bayrağı altında aparılır. Nə sosial dövlət sistemi ilə Avropa, nə də liberal yenidənpaylanma modeli ilə ABŞ, məhz Çin dövlət nəzarətini, bazar enerjisini və mədəni intizamı birləşdirən, institusional cəhətdən tam formalaşmış ilk yoxsulluqla mübarizə strategiyasını ortaya qoydu.

Son dövrlərdə Fransada qəbul edilən qanunvericiliyə dəyişikliklər bu ölkənin təhlükəsizlik və xarici hərbi iştirak strategiyasında keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə “etibarlı operatorlar” anlayışının hüquqi dövriyyəyə daxil edilməsi faktiki olaraq Fransada özəl hərbi şirkətlərin fəaliyyətinin leqallaşdırılması kimi qiymətləndirilə bilər.