Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Avropada mətbuat azadlığı hesabatında Azərbaycanla bağlı qərəzli mülahizələr yer alıb – MEDİA

    10 Mart 2026 16:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avropada mətbuat azadlığı hesabatında Azərbaycanla bağlı qərəzli mülahizələr yer alıb – MEDİA
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib.

    VOA xəbər verir ki, bu fikirlər Medianın İnkişafı Agentliyinin bəyanatında öz əksini tapıb.

    Bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununa 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır:

    “Media haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri əsas götürülməklə irəli sürülüb ki, burada əsas məqsəd ölkəmizin informasiya mühitinin qorunaraq sağlamlaşdırılması, media brendinin möhkəmləndirilməsi və peşəkar jurnalistin nüfuzunun gücləndirilməsi, cəmiyyətin tələblərini nəzərə alaraq informasiya məkanında bu və ya digər neqativ hallara qarşı mübarizə kontekstində dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin olunmasıdır.

    Bu tip spekulyativ yanaşmalardan biri də çap mediası subyektlərinə dair fikirlərdə təzahür edir. Halbuki hesabatda göstərilənlərdən fərqli olaraq müvafiq dəyişikliklərdə ümumən media subyektlərinin adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadənin yol verilməzliyi ilə bağlı müddəa yer alır, bu da xarici və beynəlxalq təcrübədə geniş tətbiq olunan, istifadəçilərin subyektdən gözləntilərinə dair hüquqlarının, həmçinin media subyektlərinin marka dəyərinin qorunmasına xidmət edir”.

    Bəyanatda deyilib ki, Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə hər hansı məhdudiyyət mövcud deyildir və ölkədə ifadə azadlığı hüquqi və praktiki olaraq tam təmin edilib.

    Vurğulanıb ki, Azərbaycan Respublikasında irqi, dini, mənşə, cinsi, etnik, habelə peşə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabər məsuliyyət daşıyır:

    “Hesabatda adı hallanan konkret şəxslərlə bağlı məsələ üzrə isə bildiririk ki, ictimaiyyətə açıq olan iş materiallarının təfərrüatlarından həmin şəxslərin peşə fəaliyyətləri ilə onlara qarşı irəli sürülmüş cinayət və inzibati ittihamlar arasında heç bir əlaqənin olmadığı, müvafiq iddiaların sadəcə uğursuz manipulyasiya cəhdlərini ifadə etdiyi aydın görünür”.

    Qeyd edilib ki, media subyektlərinin müvafiq qaydada qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi ilə bağlı tələb Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media subyektlərinə, o cümlədən xarici media subyektlərinin filial və nümayəndəliklərinə münasibətdə tətbiq edilir və bu istiqamətdəki yeni yanaşmalar mahiyyət etibarilə yalnız texniki-təşkilati baxımdan səmərələşdirici xarakter daşıyır.

    Media subyektlərinin Reyestrə informasiya agentliyi kimi daxil edilməsi üçün nəzərdə tutulan tələblər formalaşdırılarkən mövcud praktikanın təhlilinin nəticələri əsas götürülüb, həmçinin informasiya agentliklərinin digər növ media subyektlərindən mahiyyət etibarilə məhz yalnız istehlakçıların deyil, eyni zamanda digər peşəkar media subyektlərinin də məzmunla təmin edilməsi sahəsindəki müstəsna fəaliyyətini ehtiva etdiyi diqqətə alınıb.

    “Hesabatda istinad olunan ölkəmizdə diffamasiya ilə bağlı qanunvericiliyin mövcud vəziyyətinə dair 2024-cü ildə Platformada dərc olunmuş müvafiq materialla əlaqədar xatırlatmaq istərdik ki, həmin materialda əksini tapan iddialara münasibətdə mövqeyimiz eyni ildə qarşı tərəfə rəsmi şəkildə bildirilib.

    Azərbaycanla bağlı belə hesabatlar hazırlanarkən rəsmi mövqeyin nəzərə alınmaması, faktların deyil, ehtimalların, subyektiv rəy və mülahizələrin əsas götürülməsi təəssüf doğurur”, - deyə əlavə edilib.

    #Avropa #Medianın İnkişafı Agentliyi #MEDİA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    Avropa İttifaqı İran–ABŞ müharibəsi fonunda qaz təchizatından narahat deyil

    20 Avqust 2026 18:32

    Bütün müttəfiqləri müdafiə etmək üçün zəruri addımları atacağıq - NATO

    19 Avqust 2026 17:14

    Macarıstan nüvə stansiyasını işlək saxlamaq üçün Dunay çayına iki barja batırır

    15 Avqust 2026 21:36

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39

    Avropanın qaz ehtiyatları azalır – Rusiya ilə münasibətlər yenidən gündəmdə

    14 Avqust 2026 16:26

    Fransanın şimalında meşə yanğını səbəbindən 1 200 nəfər təxliyə olunub

    12 Avqust 2026 21:15

    ABŞ Prezidenti media tənzimləyicisinə yeni təyinat planlaşdırır

    7 Avqust 2026 20:30

    Türkiyə və Azərbaycan media sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyır

    6 Avqust 2026 12:01

    İtaliyanın bütün iri şəhərlərində ən yüksək istilik xəbərdarlığı elan edilib

    4 Avqust 2026 20:02
    XƏBƏR LENTİ

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.