İtaliya rəsmi orqanları İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı, cari ilin may ayının ortalarında Qəzza zolağına doğru hərəkət edən humanitar yardım karvanının fəallarına qarşı göstərilən amansız rəftarla bağlı rəsmi təhqiqat (araşdırma) başladıb.
#Avropa
ABŞ Müdafiə Naziri Pit Heqset Avropanın miqrasiya və təhlükəsizlik məsələlərində üzləşdiyi çağırışlara diqqət çəkib. O bildirib ki, Avropanın dəniz yolu ilə gələn miqrant və ideologiyalarla üzləşməsi təhlükəli tendensiyadır. Heqset Qərb ölkələrini keçmişdəki laqeydliyi tərk etməyə və azadlığın, sülhün qorunmasının yalnız şərəf, məqsəd və güc hesabına mümkün olduğunu xatırlamağa çağırıb. ABŞ müdafiəsi və müttəfiqlərin birgə fəaliyyəti ilə bu çağırışlarla mübarizə aparılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Avropanın ən güclü enerji mərkəzlərindən birinə çevrilib və son 10 ildə enerji sektoruna böyük investisiyalar yatırılıb. Ərdoğan 2-ci İstanbul Təbii Sərvətlər Zirvəsində çıxışında qeyd edib ki, Türkiyə enerji sahəsində paradiqmanı dəyişib və Rusiyadan 2, Azərbaycan və İrandan 1 olmaqla ümumilikdə 5 qaz kəməri ilə təbii qaz təmin edir.
Merkel Strasburqdakı Avropa Parlamentində keçirilən tədbirdə çıxış edərək, Rusiyanın Ukraynaya qarşı hücumlarının barışı zəiflətdiyini və ABŞ-ın yeni təhlükəsizlik doktrininin keçmiş zəmanətləri təmin etmədiyini vurğulayıb. Keçmiş kansler Avropanın sülh, rifah və demokratiya prinsiplərinə sadiq qalmasının vacibliyini qeyd edib və sosial media və süni intellektin düzgün tənzimlənməsinin informasiya axını üçün kritik əhəmiyyət kəsb etdiyini bildirib.
Politico nəşri Avropada Rusiya ilə danışıqlar üçün potensial namizədlər barədə müzakirələrin davam etdiyini bildirir. Politico qeyd edir ki, Merkel Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa təmas təcrübəsinə malikdir, lakin bəzi Avropa siyasətçiləri onun keçmiş vasitəçilik səylərini uğursuz hesab edir. Stubb əvvəl bu rola maraq göstərmişdi, lakin Finlandiyanın NATO üzvlüyü Moskvada onun qəbulunu çətinləşdirə bilər. Draghi isə nisbətən neytral namizəd kimi qiymətləndirilir, lakin hələlik rəsmi olaraq danışıqlarçı kimi iştirak etmək niyyətini açıqlamayıb.
Belçikanın Baş nazir müavini və xarici işlər naziri Maxim Prevot Türkiyənin Avropa üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından strateji və əvəzolunmaz tərəfdaş olduğunu bildirib. Prevot bu fikirləri 10–14 may tarixlərində Kraliça Mathilda rəhbərliyində Belçikadan Türkiyəyə həyata keçiriləcək genişmiqyaslı iqtisadi missiya öncəsi açıqlayıb. O qeyd edib ki, iki ölkə arasında tarixi əməkdaşlıq XIX əsrə dayanır və münasibətlər bu gün daha da dərinləşərək strateji səviyyəyə yüksəlib.
PROFEN şirkəti ilə Azərkosmos arasında əməkdaşlıq razılaşması imzalanıb.
NATO rəhbərliyi ABŞ və Avropa ölkələri arasında hərbi əməkdaşlıq məsələlərində yeni mərhələnin başladığını bildirir. Mark Rutte Avropa ölkələrinin ABŞ prezidenti Donald Tramp tərəfindən verilən mesajları nəzərə aldığını və hərbi bazaların istifadəsi ilə bağlı razılaşmaların icrasını sürətləndirdiyini açıqlayıb
OECD tərəfindən yayımlanan yeni hesabata görə, psixi sağlamlıq böhranı Avropada həm ictimai sağlamlıq, həm də iqtisadiyyat üçün əsas problemlərdən biri olaraq qalır. Hesabata əsasən, zəif psixi sağlamlığın Avropa iqtisadiyyatlarına illik dəyəri təxminən 76 milyard avro təşkil edir. Bu rəqəm ümumi səhiyyə xərclərinin təxminən 6 faizinə bərabərdir.
Məlumata görə, Avropa Səyahət Komissiyasının son araşdırmasına əsasən, avropalıların 82 faizi bu mövsümdə səyahət etməyi planlaşdırır. Bu, pandemiyadan sonra turizm sektorunda ciddi canlanmanın göstəricisi hesab olunur. Bildirilib ki, təhlükəsizlik məsələsi artıq əsas prioritetlərdən birinə çevrilib. Sorğuda iştirak edənlərin 22 faizi səyahət edəcəkləri istiqamətin təhlükəsizliyini əsas amil kimi qiymətləndirib.
Böyük Britaniya kralının ABŞ prezidenti ilə bağlı səsləndirdiyi fikir diqqət çəkib. Donald Tramp “ABŞ olmasaydı, Avropa alman dilində danışardı” ifadəsini işlədib. Bu fikrə münasibət bildirən Kral Çarlz isə bildirib: “Biz olmasaydıq, siz fransız dilində danışardınız”.
Avropa İttifaqı İranla bağlı danışıqların nəticələrinin riskli ola biləcəyi barədə xəbərdarlıq edib. Kaya Kallas ABŞ və İran arasında aparılan danışıqlarda nüvə sahəsi üzrə ixtisaslaşmış ekspertlərin iştirak etməməsinin gələcək razılaşmanı zəiflədə biləcəyini bildirib