#Transfer Xəbərləri

Keçən mövsüm icarə əsasında Fənərbaxçada çıxış edən fransız futbolçu Allan Saint-Maximin, Meksika təmsilçilərindən Club America klubuna transfer olunub. Meksika Liqasının nəhənglərindən sayılan Club America, Saint-Maximini Səudiyyə Ərəbistanının Al Ahli klubundan heyətinə qatıb. Transferin təxminən 12 milyon dollar qarşılığında reallaşdığı iddia olunur.

Birləşmiş Ərəb Əmirlikləri klubu Əl Vahda, 2024–25 mövsümünün sonunda Fənərbaxça ilə yollarını ayıran 36 yaşlı Dusan Tadiç-i heyətinə qatıb. Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Əl Vahda, yeni mövsüm öncəsi Fənərbaxça ilə yollarını ayıran 36 yaşlı serbiyalı futbolçu Dusan Tadiçin transfer olunduğunu açıqlayıb. Futbola vətəninin Voyvodina komandasında başlayan serbiyalı oyunçu, 2010-cu ildə Qroningen klubuna transfer olub. Hollandiya klubunda 2 mövsümdə 76 oyuna çıxaraq 14 qol vuran Tadiç, 2012-ci ilin yayında Tventeyə keçib. Burada oynadığı 85 oyunda 32 qol və 30 assistlə diqqət çəkən təcrübəli futbolçu, 2014–15 mövsümü öncəsi 14 milyon avroya Premyer Liqanın yolunu tutub.

İtaliya A Seriyasının təmsilçilərindən olan "Komo", Alvaro Moratanın transferi ilə bağlı “Qalatasaray”la razılığa gəlib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

"Qalatasaray" nigeriyalı forvard Viktor Osimhenin transferini reallaşdırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsveçli hücumçu Viktor Gyökeres transfer dönəminin ən çox danışılan adlarından biri olub və onun yeni ünvanı artıq müəyyənləşmək üzrədir