#Transfer Xəbərləri

Türkiyənin Fənərbaxça klubu transfer çalışmalarını davam etdirir və kadro planlamalarını nəzərdən keçirir. Sarı-mavili klub, Polonya klublarından təklif alan İrfan Can Eğribayat ilə yollarını ayırması halında qapıçı mövqeyinə Mert Günoku transfer etməyi planlaşdırır. Fənərbaxça, Beşiktaşda forma geyən və klubun futbol planlamasında yer almayan Mert Günoku gündəmə alıb. Klub oyunçudan yeni mövsüm üçün uyğun klub tapmasını istəyib.

Çelsi klubu bu mövsüm Yuventusda parlaq çıxışı ilə diqqət çəkən Türkiyə millisinin gənc hücumçusu Kənan Yıldızı transfer etmək üçün ciddi səylər göstərir. London təmsilçisinin transferi reallaşdırmaq məqsədilə 90 milyon avroluq təklif üzərində işlədiyi bildirilir. TEAMtalk-ın məlumatına görə, Çelsi bu keçid üçün ardıcıl şəkildə fəaliyyət göstərir – klub nümayəndələri Yuventusun oyunlarını izləyir, futbolçunun menecerləri ilə danışıqlar aparır və “çox həyəcanverici bir təklif” kimi qiymətləndirilən təklif hazırlayır.

Barselona, öz yetirməsi olan 22 yaşlı Fermin Lopezi Çelsidən gələn cazibədar təklifə baxmayaraq komandada saxlaya bilib. Futbolçu isə az oyun vaxtı almasına görə narahat olduğunu baş məşqçi Hansi Fliklə bölüşüb. Flik Lopezin bacarığını qəbul etsə də, ulduzlarla dolu heyətdə ona müntəzəm oynamağa zəmanət verə bilməyib.

Türkiyənin tanınmış klublarından Fənərbaxça, 28 yaşlı cinah oyunçusu Cengiz Ünderin satın alma opsiyası ilə Beşiktaş klubuna icarəyə verildiyini açıqlayıb. Fənərbaxça klubunun yaydığı rəsmi məlumatda transferin mövsüm sonuna qədər keçərli olduğu bildirilib. Cengiz Ünder peşəkar futbol karyerasına Altınordu klubunun altyapısında başlayıb. 2016-17 mövsümündə İstanbul Başakşəhərə transfer olunan oyunçu, burada keçirdiyi 43 qarşılaşmada 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bu uğurlu çıxışın ardından o, təxminən 14 milyon avroya İtaliyanın Roma klubuna transfer olunub.

Klubun rəsmi açıqlamasına görə, Trabzonspora transfer müqaviləsi çərçivəsində 27,5 milyon avro + ƏDV ödəniləcək. Bununla yanaşı, Uğurcan Çakır 2029/2030 mövsümünün sonuna qədər Qalatasaray formasını geyinəcək. Qalatasaray klubu qapıçı Uğurcan Çakırın transferini rəsmən açıqlayıb.

Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Volfsburq” komandasında çıxış edən 27 yaşlı çexiyalı cinah oyunçusu Vatslav Çernı ilə razılığa gəlib. Futbolçu ilə 3+1 illik müqavilə imzalanacaq. Keçid üçün “Beşiktaş”ın 6–7 milyon avro civarında ödəniş edəcəyi və bu məbləği 2029-cu ilə qədər hissə-hissə ödəyəcəyi bildirilib. Hazırda Çexiya millisinin düşərgəsində olan Çernı bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək və müqaviləyə imza atacaq. “Beşiktaş” oyunçunun bu axşam yerli vaxtla saat 23:05-də (Bakı vaxtı ilə 00:05-də) İstanbulda olacağını açıqlayıb.

Fənərbaxça, Portuqaliyanın “Benfica” klubunun formasını geyinən Türkiyə milli komandasının oyunçusu Kerem Aktürkoğlunu transfer etdi. Portuqaliya klubu transferi rəsmi internet saytında təsdiqləyib. Benfica klubunun açıqlamasında, Kerem Aktürkoğlunun transferi üçün Fənərbaxça ilə prinsipial razılıq əldə olunduğu bildirilib. Açıqlamaya görə, futbolçunun idman hüquqlarının davamlı transferi üçün 22,5 milyon avro ödəniləcək və performansa bağlı bonuslarla bu məbləğ 25 milyon avroya qədər yüksələ bilər. Benfica eyni zamanda keçmiş klubu olan Qalatasarayın transferdə öncülük haqqına sahib olduğunu və bu barədə məlumatlandırıldığını da qeyd edib.

Milan ilk turda Kremonezeyə 1:2 hesabı ilə uduzduqdan sonra müdafiəni gücləndirməyi prioritet elan edib. 2022-ci ildə Çelsidən azad transferlə Barselonaya qoşulan Kristensen hazırda komanda ilə müqaviləsinin son ilini yaşayır. Klub maliyyə baxımından oyunçu satışına açıq olsa da, Flik sıx oyun təqvimi səbəbindən əlavə itkiyə qarşı çıxır.

Paris Saint-Germain və İtaliyanın Yuventus klubu fransalı hücumçu Randal Kolo Muaninin transferi ilə bağlı prinsipial razılıq əldə ediblər. Fransalı jurnalist Mark Meşenua yazır ki, transferin maliyyə detalları da razılaşdırılıb. Razılaşmaya əsasən, “Yuventus” bu keçid üçün 5 milyon avro icarə haqqı ödəyəcək. Müqavilədə əlavə olaraq 50 milyon avroluq satınalma opsiyası və 5 milyon avroya qədər performansa bağlı bonuslar da yer alır.

Çelsi Barselonanın gənc yarımmüdafiəçisi Fermin Lopezin transferində, 22 yaşlı futbolçu üçün 50 milyon avroluq təklif irəli sürüb, lakin Barselona oyunçunun dəyərini ən azı 70 milyon avro olaraq müəyyənləşdirib. Çelsi rəhbərliyi oyunçuya 48 saat vaxt verib. Bu müddətdə futbolçu qərarını verməsə, London klubu digər hədəflərə yönələcək.

Liverpul klubu bu yay Aleksander İsakı transfer etmək üçün 130 milyon funt-sterlinqdən (175 milyon dollar) çox dəyərində təklif hazırlayır. Nyukasl rəhbərliyi isveçli hücumçunu satmaq niyyətində olmadığını dəfələrlə vurğulayıb və 150 milyon funt-sterlinqdən aşağı təklifləri qəbul etməyəcəklərini bildiriblər. Liverpul isə bu məbləği ödəməyə razı deyil.

Çelsi ilə RB Leypsiq arasında Xavi Simonsun transferi ilə bağlı aparılan danışıqlar, Christopher Nkunkunun mübadilə ehtimalı ilə yeni bir mərhələ qazanıb. İddialara görə, Leipzig, Mançester Yunaytedda keçən Benjamin Seskonun yerini sabiq hücumçusu Nkunku ilə doldurmaq istəyir. Çelsi, hollandiyalı hücum oyunçusu Xavi Simons üçün Leypsiq ilə danışıqları davam etdirir. Müzakirələr çərçivəsində Nkunku-nun da transferin bir hissəsi kimi keçmiş klubuna qayıda biləcəyi ehtimalı gündəmə gəlib.