#BƏƏ

Bildirilib ki, sərnişinlərin, hava limanı əməkdaşlarının və aviaşirkət ekipajlarının təhlükəsizliyini təmin etmək məqsədilə Dubay Beynəlxalq Hava Limanının (DXB) fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Qeyd olunub ki, bütün prosedurlar müəyyən edilmiş təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM), bəzi sosial media hesablarında paylaşılan "Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana hücum edərsə, Türkiyə üçün qanuni hədəf olacaq" şəklindəki iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb. Mərkəzin sosial şəbəkə hesabından edilən rəsmi açıqlamada bildirilir ki, Türkiyə Respublikasının dövlət qurumları tərəfindən bu yöndə heç bir bəyanat və ya qiymətləndirmə verilməyib.

Qətər Daxili İşlər Nazirliyi tərəfindən məsələ ilə bağlı bəyanat yayılıb. Bəyanatda İrandan təşkil edilən hücumlar və ya bu hücumlara müdaxilə nəticəsində baş verən qəzalar zamanı hadisə yerinə toplaşmamağın vacibliyi bildirilib. Hadisə yerlərindən və sahədəki proseslərdən görüntü çəkərək sosial mediada paylaşmamağa diqqət yetirilməsi vurğulanan bəyanatda, bunun hüquqi nəticələri barədə xəbərdarlıq edilib. Bu növ hərəkətlərin rəsmi qurumların işinə mane olduğu və çevik müdaxiləni çətinləşdirdiyi ifadə edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hücumlar və Tehranın cavab zərbələri ilə yaranan gərginlik çərçivəsində dünya liderləri ilə silsilə telefon görüşləri keçirib. Ərdoğan bu çərçivədə ABŞ Prezidenti Donald Tramp, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, həmçinin Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt liderləri ilə bölgədəki son vəziyyəti müzakirə edib.

2026-cı ilin yanvar ayında BƏƏ-dən Türk limanlarına 29 min 191 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər BƏƏ-dən Türkiyə limanlarına yük daşınmayıb. “Bu ilin yanvar ayında BƏƏ-dən yədən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 18 min 90 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında yaranmış fikir ayrılığını “asanlıqla həll edə biləcəklərini” bildirib. Tramp Florida ştatından paytaxt Vaşinqtona qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verib. O, Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında “həqiqətən anlaşılmazlıq” olduğunu qeyd edərək, “Bunu çox asan şəkildə həll edə bilərik” deyib.

İran prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqlar fonunda Türkiyənin “konstruktiv rolu”nu vurğulayaraq Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidana təşəkkür edib. Dövlət televiziyasının məlumatına görə Pezeşkian İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə Tehrandakı Azadi meydanında çıxış edib. Pezeşkian çıxışında Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin də “problemlərin diplomatiya yolu ilə həllinə” töhfə verməyə çalışdığını qeyd edib. O, İranın nüvə silahı istehsal etməyə çalışmadığını bildirib, ABŞ və Avropadan gələn bəyanatların “etimadsızlıq divarı” yaratdığını və bu səbəbdən danışıqların nəticə vermədiyini deyib.