Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüş keçirib.
#BƏƏ
Əbu-Dabidə Azərbaycan Ordusu ilə Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin hazırlıq məşqləri davam edir. Əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, daha sonra isə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, mərhələlər üzrə fəaliyyət planı və icra olunacaq tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub. Danışıq zamanı Azərbaycan–BƏƏ strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunublar. Həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu (“TAEF”) “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində, “DIF VII” fondunun “PAL Cooling Holding” (“PAL”) şirkətində 50 faizlik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırıb. “TAEF” və ARDNF arasında bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir.
Belə nüfuzlu mükafatı (“Zayed İnsan Qardaşlığı Mükafatı” – red.) almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Özbəkistan arasında Özbəkistanın dağ-mədən sektorunun inkişafını dəstəkləmək, dayanıqlı artımı təşviq etmək və uzunmüddətli iqtisadi dəyər yaratmaq məqsədilə mühüm anlaşma memorandumu imzalanıb. BƏƏ-nin rəsmi agentliyi WAM-ın verdiyi məlumata görə, sənəd Əbu-Dabidə BƏƏ-nin İnvestisiya naziri Məhəmməd Həsən əs-Suveydi və Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev tərəfindən imzalanıb. Bu razılaşma kəşfiyyat və hasilat işlərindən başlayaraq son məhsulun istehsalına qədər olan bütün dağ-mədən dəyər zənciri boyunca investisiya fəaliyyətlərini əhatə edir.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən BƏƏ-yə tekstil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artaraq, 30 milyon 857 min 91 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında BƏƏ-yə tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,4 faiz artaraq, 3 milyon 473 min 3 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub.
Energetika nazirinin müavini Elnur Soltanov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin təşkilatçılığı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Sammitində iştirak edib. Nazir müavini Sammit çərçivəsində “Dekarbonizasiya üçün konkret addımlar” adlı panel sessiyada çıxış edib.
Regionun müdafiə sənayesi üzrə ən mötəbər və ən əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək. “ADEX”lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da baş tutacaqdır.
Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirən “Neftçi” bugün ilk yoxlama oyununa çıxacaq.
Qəzza mövzusu ilə bağlı beynəlxalq yanaşmaların nə qədər həssas, mürəkkəb və çoxşaxəli olduğu artıq hamı tərəfindən qəbul edilən reallıqdır. Bu kontekstdə Azərbaycanın mövqeyi bəzən yanlış təqdim olunur və ya səthi şərh edilir. Halbuki rəsmi Bakının mövcud regional reallıqları nəzərə alaraq sərgilədiyi xətt həm təhlükəsizlik baxımından, həm də diplomatik baxımdan kifayət qədər ölçülüb-biçilmiş bir yanaşmadır.
Dubay sürücüsüz nəqliyyat sahəsində mühüm mərhələni geridə qoyaraq Baidu Apollo Go şirkətinin Avtonom Nəqliyyat Vasitələrinin Əməliyyat və İdarəetmə Mərkəzini istifadəyə verib. Bu, Çin texnologiya nəhənginin Çindən kənarda açdığı ilk belə mərkəzdir. 2 000 kvadratmetr sahəyə malik mərkəzin açılışı Dubai Roads and Transport Authority-nin baş direktoru Mattar Al Tayer və Baidu şirkətinin vitse-prezidenti Yunpeng Wang-ın iştirakı ilə Dubai Science Park-də baş tutub.