#kütləvi işçi ixtisarı

ABŞ-da federal hakim Syuzen İllston prezident Donald Tramp administrasiyasının minlərlə dövlət qulluqçusunu işdən azad etmə planını müvəqqəti olaraq dayandırıb. Qərar Kaliforniya federal məhkəməsində keçirilən dinləmədən sonra elan olunub. Hakim bildirib ki, Tramp administrasiyasının addımları qanunla ziddiyyət təşkil edir və açıq siyasi motiv daşıyır.

Türkiyənin Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhan, 2025-ci ilin yanvar-avqust ayları ərzində Türkiyə İş və İşçi Tapma Qurumu (İŞKUR) vasitəsilə 1 milyon 19 min 646 nəfərin işlə təmin olunduğunu açıqlayıb. Nazir sosial media hesabında yayımladığı açıqlamada, İŞKUR-un səkkiz ay ərzində əmək bazarının inkişafı istiqamətində mühüm nəticələr əldə etdiyini bildirib.

ABŞ prezidenti Donald Trampın Personal İdarəetmə İdarəsinin direktoru Skott Kupor bildirib — bu il təxminən 300 min dövlət sektoru işçisi vəzifədən ayrılacaq. Bu, yanvar ayından bəri federal mülki işçi qüvvəsinin 12,5% azalması deməkdir. Kuporun sözlərinə görə, bu ayrılmaların 80%-i könüllü, qalan 20%-i isə məcburi ixtisarlar yolu ilə həyata keçiriləcək.