İsrailin HƏMAS-la danışıqlar apardığı nümayəndə heyəti Qətəri tərk edib.
#Fələstin
Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat, İslam və Ərəb ölkələrinin hökumətlərini və xalqlarını İsrail rejiminin artan təhdidlərinə qarşı dərhal və birgə mövqe sərgiləməyə çağırıb.
Türkiyə ilə Fələstin arasında imzalanmış 24 may 2024 - cü ildə “Sürücü vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” təsdiq olunub.
İsrail parlamenti (Knesset), hökumətə 1967-ci ildən işğal etdiyi İordaniyanın Qərb Sahilini ilhaq etməyə çağıran qərarı qəbul edib.
"Al Baraka Azerbaijan" təşkilatının könüllüləri Qəzza zolağında həyata keçirdikləri humanitar aksiya çərçivəsində 300 nəfərə isti yemək paylayıblar. Aksiyanın 23 iyul 2025-ci il tarixində baş tutduğu və Layihə №625 çərçivəsində reallaşdırıldığı bildirilib. Təşkilatın yaydığı açıqlamada bu təşəbbüsün məqsədinin müharibədən əziyyət çəkən Qəzza əhalisinə dəstək vermək olduğu qeyd olunub.
İsrail parlamentində (Knesset) keçirilən səsvermədə 120 deputatdan 71-i İsrailin işğalı altında olan İordan çayının Qərb Sahilinin ilhaqına dair hökumətə çağırış edən qərarı qəbul edib.
London meri Sadiq Xan, ölkəsinin Fələstin dövlətini dərhal tanımalı olduğunu bildirib.
Fransa Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında humanitar yardıma çatmağa çalışan fələstinli mülki şəxslərə qarşı həyata keçirdiyi hücumları qınayıb.
İsrail ordusunun mühasirədə olan Qəzza zolağında bir evə endirdiyi hava hücumunda aralarında uşaqların da olduğu 8 fələstinlinin həlak olduğu, çoxlu sayda insanın yaralandığı bildirilir.
ABŞ-da yerləşən Kolumbiya Universiteti ötən il universitetdə keçirilən Fələstinə dəstək aksiyalarında iştirak edən bəzi tələbələrin universitetdən xaric edildiyini və ya müvəqqəti olaraq uzaqlaşdırıldığını bildirib.
Qəzza zolağında humanitar böhran getdikcə dərinləşir. İsrailin qeyri-kafi humanitar yardım səbəbindən bölgədə aclıqdan ölənlərin sayı artır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin iqamətgahı qarşısına toplaşan bir qrup Qəzzada aclığa son qoymaq üçün nümayiş təşkil edib.