ABŞ Prezidenti Donald Tramp, ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı – YUNESKO-dan çıxması barədə qərar verib.
#Fələstin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi”nin (IDEF 2025) açılış mərasimində çıxış edərək, Qəzza zolağında yaşanan humanitar fəlakətə diqqət çəkib və beynəlxalq ictimaiyyəti bu vəhşiliyə səssiz qalmamağa çağırıb.
İsrail Qəzzada çadırları hədəf alıb. Ölənlər və yaralananlar var.
Papa XIV Leo Fələstin Prezidenti ilə Qəzza və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə edib.
İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə hava və artilleriya hücumları həyata keçirib, nəticədə 20 fələstinli həyatını itirib.
HƏMAS hərəkatından olan mənbələr bildiriblər ki, Qəzza zolağında atəşkəsə dair danışıqlar hələ də davam edir və əsas mübahisə mövzularından biri olan 60 günlük atəşkəs müddətində İsrail ordusunun bölgə daxilində yerləşmə xəritələrinin razılaşdırılması hələ yekunlaşdırılmayıb.
İtaliya xalqının təkidli çağırışı və dəstəyi ilə Qəzzaya humanitar yardım aparan “Hanzala” (Handala) gəmisi ikinci dəfə Gallipoli limanından yola salınıb.
Türkiyə Xarici İşlər Nazirliyi, ölkənin Fələstin siyasətinə yönəlmiş ittihamların tamamilə əsassız olduğunu bildirərək, bu siyasəti qaralamaq və ictimaiyyəti siyasi motivlərlə yanlış yönləndirmək cəhdlərini qətiyyətlə rədd etdiyini bəyan edib.
İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda həlak olanların ümumi sayı 58 895 nəfərə, yaralı sayı isə 140 980 nəfərə çatıb.
Böyük Britaniyada "Palestine Action" təşkilatının qadağan olunmasına qarşı keçirilən etiraz aksiyalarında 100-dən çox nümayişçi saxlanılıb.
Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin Xevron şəhərində yerləşən Hərəm-i İbrahim məscidinin statusunu dəyişdirməsi və fələstinlilərə məxsus səlahiyyətlərin qəsb olunmasına yönəlmiş addımlarını rədd edib.
İsrailin Qəzzaya hücumu nəticəsində daha 17 nəfər həlak olub.