#Benyamin Netanyahu

İsraildə Ultra Ortodoks yəhudilərin (Haredi) dini liderlərindən, sabiq başhaham İsxaq Yosef hökuməti kəskin tənqid edərək Baş nazir Benyamin Netanyahunu “ateist” və “etibarsız” adlandırıb. Məlumata görə, Yosef Ultra Ortodoks partiyaların Netanyahudan ümid gözləməsini sərt şəkildə pisləyib: “O, ateistdir, heç nəyə inanmır. Beləsinə necə güvənirsiniz? Niyə güvənirsiniz?” – deyə o, bildirib.

Bir sıra ərəb və islam ölkələrinin xarici işlər nazirləri, eləcə də beynəlxalq təşkilatların baş katibləri İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail”lə bağlı bəyanatlarını sərt şəkildə pisləyiblər. Bəyanatı pisləyən ölkələr və təşkilatlara Səudiyyə Ərəbistanı, Əlcəzair, Bəhreyn, Banqladeş, Çad , Komorlar İttifaqı, Cibuti, Misir, Qambiya, İndoneziya, İraq, İordaniya, Küveyt, Livan , Liviya, Maldivlər, Mavritaniya, Mərakeş, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Seneqal , Syerra Leone, Somali, Sudan, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmən eləcə də Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası daxildir.

İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalı planını təsdiqləyib və Baş nazir Binyamin Netanyahu şəhərin tamamilə işğal edilməsinin məqsəd olduğunu açıqlayıb. İşğalın Qəzza şəhərindən mərhələli şəkildə başlayacağı və sonra mərkəzi bölgədəki qaçqın düşərgələrinə qədər genişlənəcəyi bildirilir.

Cenevrədə fəaliyyət göstərən Avro-Aralıq dənizi İnsan Haqları Monitoru (Euro-Med) Qəzzanın Zeytun məhəlləsində baş verən son hücumları qiymətləndirib. Açıqlamada bildirilir ki, İsrail altı gün ərzində uzaqdan idarə olunan partlayıcılar, hava hücumları və artilleriya atəşi ilə təxminən 400 evi dağıdıb və 90 mindən çox sakini məcburi köçkün edib. Euro-Med həmçinin bildirib ki, məktəblər və məscidlər də hücumların hədəfi olub və dağıntılar altında qalan ölü və yaralıların çıxarılması mümkün olmayıb. Təşkilatın açıqlamasında bu hücumların Qəzzanı tamamilə işğal etmək və məhəllələri boşaltmaq məqsədilə həyata keçirildiyi, sistemli soyqırım siyasətinə uyğun olduğu vurğulanıb.

“İsrailin İordan çayının qərb sahili ilə Şərqi Qüdsü ayıracaq yaşayış məntəqələri tikmək planı, onun lənətlənmiş soyqırım aktlarının davamıdır. Bəşəriyyət Fələstin dövlətini tanımaq üçün dəfələrlə qərar qəbul etdiyi bir vaxtda İsrail, yenidən bəşəriyyətə hücum edir və Fələstin dövlətinin ərazi bütövlüyünü hədəfə alır.” - deyə X platformasında paylaşım edən Ömər Çelik deyib.

İsrail ordusu Qəzza şəhərinin işğalı planı çərçivəsində 80-100 min ehtiyat əsgəri səfərbər etməyi nəzərdə tutur. “Yedioth Ahronot” qəzetinin məlumatına görə, Baş Qərargah rəisi Eyal Zamir Qəzza şəhəri də daxil olmaqla bölgənin işğalı üçün hücum planının əsasını təsdiqləyib. Plan təsdiqləndikdən sonra Zamirin müəyyən etdiyi ilkin çərçivəyə əsasən ehtiyatda olan on minlərlə hərbçiyə çağırış göndəriləcək. Qəzza şəhərinin qərb hissəsində hündürmərtəbəli binalara hücumlar, HƏMAS-ın təchiz etdiyi iddia edilən qruplara qarşı əməliyyatlar və hücum manevrləri ilə bağlı müzakirələrin yaxın günlərdə davam etdiriləcəyi bildirilir.

Ərəb ölkələri İsrail Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail” vizyonu ilə bağlı verdiyi açıqlamalara sərt reaksiya göstərib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında İsrail Baş naziri tərəfindən səsləndirilən sözde “Böyük İsrail” vizyonuna dair fikirlər və israilli rəsmilər tərəfindən müdafiə olunan işğalçı və ekspansionist ideyalar və layihələr qəti şəkildə pislənilib. Açıqlamada fələstinlilərin öz torpaqlarında müstəqil və suveren dövlət qurmaq hüququ bir daha vurğulanıb və beynəlxalq ictimaiyyət “İsrailin beynəlxalq legitimliyin əsaslarını sarsıdan, dövlətlərin suverenliyini açıq şəkildə pozan, regional və beynəlxalq təhlükəsizlik və sülhə təhdid yaradan hərəkətləri” mövzusunda xəbərdar edilib.

İsrail Baş Qərargah rəisi Eyal Zamir Təhlükəsizlik Kabinetinin qərarından sonra Qəzza şəhərinin işğal planını təsdiqləyib. Ordunun məlumatına görə, Zamir bu barədə ordu komandanlığı və Şin Bet rəhbərliyi ilə görüş keçirib. Bəyanatda qeyd olunub ki, plan siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq hazırlanıb və təsdiqlənib. Görüşdə həmçinin ordunun son günlər Zeytun məhəlləsinə endirdiyi hücumlar da müzakirə olunub.

Dövlət İşçilərinin Dərnəyi (ATE) və H.I.J.O.S. təşkilatı federal məhkəməyə müraciət edərək onu “müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətlər”də ittiham edib. Şikayətdə Beynəlxalq Cinayət Məhkəməsinin 2024-cü ildə verdiyi həbs qərarına istinad olunub və Netanyahunun Qəzzada aclıqdan ölüm, qətl, təqib və BMT obyektlərinə hücum kimi cinayətlərə görə məsuliyyət daşıdığı bildirilib. Argentina prezidenti Xavyer Milei isə hökumətin BCM qərarlarını tanımadığını açıqlayaraq, bunun İsrailin “qanuni özünümüdafiə haqqını” nəzərə almadığını deyib

CNN-ə müsahibəsində Sanders, Qəzza xalqının İsrailin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən aclıq çəkdiyini vurğulayıb. Senator, Senata İsrailə silah satışının dayandırılması üçün təzyiq göstərəcəyini bildirib. Sanders, “İsrailin 7 oktyabr hücumlarına qarşı özünü müdafiə etmək hüququ var. Ancaq o vaxtdan bəri etdikləri bütün Fələstin xalqına qarşı müharibəyə çevrildi” - deyib. Qəzzada on minlərlə insanın, o cümlədən uşaqların aclıqdan əziyyət çəkdiyini bildirən senator, Baş nazir Binyamin Netanyahunun həyata keçirdiyi blokadanı da pisləyib