#Qırmızı dəniz

Yəmənin Ədən sahilləri yaxınlığında bir tankerə altı kiçik qayığın yaxınlaşdığı bildirilib. Hadisə zamanı xəbərdarlıq atəşi açılıb. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları qurumu insident barədə məlumat yayıb. Hadisə sahildən təxminən 50 dəniz mili uzaqlıqda baş verib. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırma aparırlar. Gəmilərə bölgədə ehtiyatlı hərəkət etmək və şübhəli fəaliyyətləri bildirmək tövsiyə olunub. Ədən körfəzi və Qırmızı dəniz ətrafında təhlükəsizlik vəziyyəti beynəlxalq gəmiçilik üçün əsas narahatlıq olaraq qalır.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranın Bəhreyn, Küveyt və Hörmüz boğazı yaxınlığında gəmilərə qarşı hücumlarını pisləyib. O bildirib ki, bu addımlar əldə olunmuş razılaşmanı pozur və enerji tədarükünün bərpasını təhlükə altına salır. Kallas gələn bazar ertəsi Avropa İttifaqı ilə Körfəz ölkələrinin xarici işlər nazirlərinin görüş keçirəcəyini açıqlayıb. Görüşdə Hörmüz boğazı və Qırmızı dənizdə gəmiçilik azadlığının qorunması əsas müzakirə mövzularından olacaq. Avropa İttifaqı regionda gərginliyin azaldılması və beynəlxalq dəniz yollarının təhlükəsizliyinin təmin edilməsini vacib hesab edir. Enerji daşımalarının davamlılığı da əsas gündəm məsələlərindən biridir. Görüşün regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.

UKMTO Yəmən sahilləri yaxınlığında dəniz insidenti barədə məlumat yayıb. Hadisə Ədən şəhərinin şimal-şərqində baş verib. Bir ticarət gəmisinə iki sürətli qayıq yaxınlaşıb. Qayıqlarda silahlı şəxslərin olduğu bildirilir. Gəminin təhlükəsizlik qrupu cavab atəşi açıb. Hücum edən qayıqlar daha sonra ərazini tərk edib. Ekipajın təhlükəsiz olduğu açıqlanıb. Hadisənin səbəbi hələlik müəyyən edilməyib.

Yəmən sahilləri yaxınlığında konteyner gəmisinə silahlı hücum cəhdi qeydə alınıb. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi hadisə ilə bağlı məlumat yayıb. Məlumata görə, kiçik qayıq gəminin yaxınlığına gəlib. Qayıqdakı şəxslər konteyner gəmisinə atəş açıblar. Daha sonra gəminin göyərtəsinə çıxmağa cəhd göstərilib. Hadisənin nəticələri barədə əlavə məlumat açıqlanmayıb. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə dəniz nəqliyyatı ilə bağlı riskləri bir daha gündəmə gətirib.

ABŞ ordusunun gecə saatlarında İranın cənub bölgələrinə təşkil etdiyi hava hücumlarına cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regional miqyasda irihəcmli əks-həmlə əməliyyatına başladığını elan edib. Rəsmi Tehran ABŞ-a məxsus və ya Birləşmiş Ştatların istifadəsində olan cəmi 21 strateji hərbi obyektin raket və PUA-larla vurulduğunu bəyan edib.

Son illərdə qlobal narkotik bazarında baş verən tektonik dəyişikliklər Sudanı mühüm bir kəsişmə nöqtəsinə gətirib çıxarıb. Əvvəllər sadəcə tranzit ölkə kimi tanınan Sudan, 2023-cü ildə başlayan daxili müharibə və Suriyadakı siyasi dəyişikliklərdən sonra "kaptagon" adlı sintetik narkotikin qlobal istehsal mərkəzlərindən birinə çevrilmək təhlükəsi ilə üz-üzədir.

Coğrafi adlandırmada bəzən elmi xüsusiyyətlərlə adlar üst-üstə düşmür. Məsələn, Meksika körfəzi suyunun fiziki-kimyəvi tərkibinə və zəngin üzvi aləminə görə əslində dəniz hesab olunmalıdır. Əksinə, Qırmızı dəniz öz xüsusiyyətlərinə görə körfəz adlandırılmağa daha uyğundur. Bu cür fərqliliklər körfəzlərin xarici sərhədlərinin şərti olmasından irəli gəlir.

Səudiyyə Ərəbistanının Turizm Naziri Əhməd Əl-Xatib bildirib ki, krallıq uzun illər bahalı lüks kurortlara fokuslandıqdan sonra artıq orta və yuxarı-orta təbəqə üçün əlçatan turizm istiqamətlərinin qurulmasına başlayıb. O, yeni layihələrin həm turistlər, həm də Həcc və Ümrə ziyarətçiləri üçün daha münasib qiymətlərlə yerləşmə imkanları yaradacağını deyib.

Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) son iki həftə ərzində İsrailə qarşı 38 hərbi əməliyyat həyata keçirib. Bu barədə husilərin lideri Əbdül Malik əl-Husi məlumat verib. Onun sözlərinə görə, əməliyyatlar raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə icra olunub. Husi lideri bildirib ki, PUA-lar “Hadera, Yaffa, Aşdod, Aşkelon, Negev və Umm ər-Rəşraşda (Eylat nəzərdə tutulur – red.) bir neçə hədəfi vurub”. O əlavə edib ki, uğurlu əməliyyatlardan biri İsrailin Ramon adlandırdığı hava limanına, digəri isə Lod hava limanına (Ben Qurion – red.) qarşı yönəldilib. Xatırladaq ki, 2023-cü ildə Qəzza zolağında münaqişə kəskinləşdikdən sonra husilər İsrail ərazilərinə raket zərbələri endirəcəklərini və İsrail ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bəb əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bəyan etmişdilər. Bu hücumlar bu ilin yanvar ayında Qəzzada atəşkəs elan olunandan sonra dayandırılmışdı.