Lakin Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) hücumun uğursuz olduğunu açıqlayıb. UKMTO-nun məlumatına görə, gəmi heyəti yaxınlıqda naməlum mərminin suya düşdüyünü müşahidə edib və güclü partlayış səsi eşidib. Hadisə nəticəsində xəsarət alan olmayıb, tanker isə səfərinə davam edib.
#Qırmızı dəniz
Qəzza zolağındakı münaqişə həll olunmayana qədər İsrailə doğru gedən və ya onunla əməkdaşlıq edən şirkətlərə məxsus gəmilərə qarşı hücumlar davam edəcək.
Yəməndəki husilər İsraillə əlaqəsi olduğunu iddia etdikləri "Magic Seas" yük gəmisini Qırmızı dənizdə hədəfə alaraq batırıblar.
Qırmızı dənizdə Husilər tərəfindən hücuma məruz qalan "Magic Seas" adlı yük gəmisi batıb.
Yaxın Şərqdə İsrail və İran arasında başlayan, ötən gecə ABŞ-ın hava hücumları ilə yeni mərhələyə keçən müharibəyə Yəmən də rəsmi şəkildə qoşulduğunu elan edib.
İran və İsrail arasında davam edən müharibə fonunda Tehran uzun illər güvəndiyi regional müttəfiqlərinə arxalanmaq istəsə də, onların əksəriyyəti ya zəifləyib, ya da siyasi və hərbi cəhətdən hərəkətsiz hala gəlib.