Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində ötən həftəsonu baş verən 6 bal gücündə zəlzələdən sonra, bu dəfə Celalabad şəhərində 5,2 bal gücündə yeni yeraltı təkan qeydə alınıb. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, yerli vaxtla saat 15:29-da Celalabad şəhərinin 34 kilometr şimal-şərqində 5,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin 10 kilometr dərinlikdə meydana gəldiyi bildirilib. Zəlzələ ilə bağlı Celalabad və ətraf ərazilərdə ölən və yaralananlarla bağlı yerli hakimiyyətin məlumat verməsi gözlənilir. ABŞ Geoloji Araşdırmalar Mərkəzi bazar günü bildirmişdi ki, Pakistan sərhədi yaxınlığında yerləşən Celalabad şəhərinin 27 kilometr şimal-şərqində, 8 kilometr dərinlikdə 6 bal gücündə zəlzələ baş verib.
#zəlzələ qorxusu
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMMYK) sözçüsü Babar Baloch, Əfqanıstanda baş verən dağıdıcı zəlzələdən sonra insani yardım imkanlarının tükəndiyini bildirib və beynəlxalq ictimaiyyəti təcili dəstəyə çağırıb. Cenevrədə keçirilən həftəlik BMT mətbuat konfransında çıxış edən Baloch bildirib ki, 31 avqust tarixində Əfqanıstanda baş verən zəlzələdə min nəfərdən çox insan həlak olub, minlərlə insan yaralanıb və BMMYK zərər çəkmiş ərazilərə yardım üçün bütün mövcud resurslarını səfərbər edib. “Bəzi kəndlər tamamilə yerlə bir olub. Şərqi Əfqanıstan zəlzələdən ən çox zərər görən bölgədir. Sağ qalan insanlar evlərinin uçduğunu görüb və gecəni çöldə keçirməyə məcbur olublar,” – deyə Baloch bildirib.
Türkiyənin Balıkesir vilayətində 3,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Balıkesirin Sındırqı rayonunda yerli vaxtla saat 20:58-də (Bakı vaxtı ilə saat 21:58-də) baş verib. Yeraltı təkanların ocağı 12 kilometr dərinlikdə yerləşib. Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.
Əfqanıstanda 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmopronostik Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 18:27-də (Bakı vaxtı ilə 17:27-də) baş verib. Zəlzələnin episentri Bədəxşan bölgəsində yerləşib. Bildirilib ki, episentrdə təkanların gücü 3 bal təşkil edib.
Türkiyənin Balıkesir vilayətində ardıcıl iki zəlzələ baş verib. Məluamata əsasən, hər iki zəlzələnin episentri Balıkesir vilayətinin Sındırqı rayonunda yerləşib. Yerli vaxtla saat 20:36-da (Bakı vaxtı ilə 21:36) qeydə alınan 3,9 bal gücündəki zəlzələ yerin 9,16 kilometr dərinliyində, 3,5 bal gücündəki digər zəlzələ isə 7,14 kilometr dərinlikdə baş verib.
Türkiyənin Balıkesir vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 11:26-də (Bakı vaxtı ilə 12:26) baş verib. Yeraltı təkanların ocağı daha əvvəl baş verən 6 bal gücündə zəlzələnin qeydə alındığı Sındırqı rayonunda yerləşib, dərinliyi isə 6,72 kilometr olub. Qeyd edək ki, Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.
İndoneziyada 6,0 maqnitudalı zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Mərkəzi Sulavesi əyalətinin Poso dairəsində baş verib. Yeraltı təkanların ocağı Poso şəhərindən 18 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tovuz rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, 3,5 bal gücündə olan zəlzələ yerli vaxtla saat 08:31-də baş verib.
Kamçatkada 5,1 maqnitudalı zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Solomon Adalarına məxsus Santa-Krus arxipelaqı sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Türkiyənin Balıkesir vilayətində 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Türkiyənin Muğla vilayətində 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 20:39-da (Bakı vaxtı ilə saat 21:39) baş verib. Yeraltı təkanların ocağı 56,87 kilometr dərinlikdə yerləşib.