#İtaliya Birinci Futbol Liqası (A Seriyası)

Milan ilk turda Kremonezeyə 1:2 hesabı ilə uduzduqdan sonra müdafiəni gücləndirməyi prioritet elan edib. 2022-ci ildə Çelsidən azad transferlə Barselonaya qoşulan Kristensen hazırda komanda ilə müqaviləsinin son ilini yaşayır. Klub maliyyə baxımından oyunçu satışına açıq olsa da, Flik sıx oyun təqvimi səbəbindən əlavə itkiyə qarşı çıxır.

Beşiktaş, İtaliyanın Atalanta klubundan hücumçu El Bilal Toure-ni icarəyə götürmək üçün danışıqlara başladığını açıqlayıb. Ötən mövsümü Almaniyanın Ştutqart klubunda icarə əsasında keçirən Toure 17 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İtaliyanın AC Milan klubu Sportinqin hücumçusu Konrad Harderin transferi üçün razılığa yaxın olsa da, danimarkalı futbolçu Fransa Liqa 1-də çıxış etməyə üstünlük verir. Milan klubu Harder üçün 24 milyon avro əsas məbləğ və əlavə 3 milyon avro bonus ödəmək barədə razılıq əldə edib.

İtaliya klubu Roma İngiltərə təmsilçisi Aston Villadan yamaykalı futbolçu Leon Bailey-i icarəyə götürdüyünü açıqlayıb. Klubun rəsmi məlumatına görə, 28 yaşlı sağ cinah oyunçusu ilə 1 illik müqavilə imzalanıb. Yeni komandasında Bailey 31 nömrəli formanı geyinəcək.

İtaliya A Seriyasının təmsilçilərindən olan "Komo", Alvaro Moratanın transferi ilə bağlı “Qalatasaray”la razılığa gəlib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Komo artıq Morata və onun müqavilə sahibi olan AC Milanla razılığa gəlib. Əsas maneə isə futbolçunun yanvar 2026-cı ilə qədər icarə əsasında oynadığı Qalatasaraydır.