#İtaliya Birinci Futbol Liqası (A Seriyası)

Nigeriyalı hücumçu Viktor Osimhen keçmiş klubu Napoli ilə münasibətlərinin pozulmasına səbəb olan qalmaqallı hadisələr barədə danışıb və rəhbərliyin ona qarşı davranışını sərt şəkildə tənqid edib. Osimhen İtaliya mətbuatına müsahibəsində 2023-cü ilin sentyabrında Napolinin sosial şəbəkə hesabında yayımlanan və onun qaçırdığı penalti epizodunu ələ salan videodan sonra münasibətlərin tamamilə dəyişdiyini bildirib.

"Vest Hem"in hücumçusu Niklas Füllkruq karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır. "Milan" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Napolinin baş məşqçisi Antonio Konte klubu tərk edə bilər. Mütəxəssisin gedişi ilə bağlı qərar onun klub prezidenti Aurelio De Laurentisin görüşündən sonra qəbul oluna bilər. Xatırladaq ki, Qarabağ Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu səfərdə Napoliyə qarşı keçirəcək.

Arsenal, Yuventusun yüksələn ulduzu Kənan Yıldızı heyətinə qatmaq üçün böyük addım atmağa hazırlaşır. İtaliya mətbuatının yazdığına görə, Arsenalın baş məşqçisi Mikel Arteta və transfer komitəsi Yıldızı komandaya qatmaqda israrlıdır. Lakin Yuventus futbolçunu 80-100 milyon avro civarında dəyərləndirir və gənc oyunçunu itirmək istəmir. Klub artıq onu 2030-cu ilə qədər uzunmüddətli müqavilə ilə saxlamaq üçün danışıqlara başlayıb.

Arsenal, İtaliya A Seriyasının yüksələn ulduzlarından Kənan Yıldızın transferi üçün hərəkətə keçib. İngiltərə klubu türk əsilli futbolçu ilə bağlı ilkin təmasları qurub, lakin Yuventus oyunçusunu satmaq fikrində deyil. İtaliya mətbuatının məlumatına görə, Arsenal rəhbərliyi 20 yaşlı hücumçunun menecerləri ilə əlaqə yaradıb.

Milan ciddi itki ilə üzləşib, komandanın fransalı qapıçısı Mayk Manyan sağ baldır əzələsində yenidən problem yaşayıb və qarşıdakı Udineze ilə oyunda iştirak etməyəcək. Bu, Manyanın sağ baldırında yaranan növbəti problemdir. Fransalı qolkiper ötən mövsüm eyni zədə səbəbindən 31 matçı buraxmışdı. Ümumilikdə, o, Milana keçidindən bəri müxtəlif zədələr səbəbindən 54 qarşılaşmada iştirak edə bilməyib.

Atalantanın nigeriyalı hücumçusu Ademola Lookman, yay transfer dönəmində İnterə keçidlə bağlı yaranmış mübahisələrin ardından yenidən komanda ilə məşqlərə qatılıb. İnter, 27 yaşlı futbolçunun transferi üçün 45 milyon avro təklif etsə də, Atalanta bu təklifi qəbul etməyib.

Qalatasaray baş məşqçisi Okan Buruk, yay transfer pəncərəsinin son günlərində İnterin yarımmüdafiəçisi Hakan Çalhanoğlunu heyətə qatmaq üçün cəhd etdiklərini, lakin müqavilənin baş tutmadığını açıqlayıb. Qalatasaray rəhbərliyi ötən həftə Çalhanoğlu üçün son addımı atsa da, Milan klubu transferi bloklayıb.

Nkunku 2023-cü ildə Leyptsiqdən Çelsiyə 52 milyon funt sterlinq qarşılığında transfer olunmuşdu. Lakin Londonda keçirdiyi müddət zədələrlə yadda qaldı. O, ağır diz zədəsi səbəbilə əsasən Premyer Liqa oyunlarını buraxdı və ilk mövsümündə cəmi 11 dəfə meydana çıxdı.