BMT-nin nüvə nəzarəti orqanının rəhbəri Rafael Qrossi bazar ertəsi günü bildirib ki, rəhbərlik etdiyi agentlik ABŞ və İsrailin hərbi zərbələri zamanı İranın nüvə obyektlərinin zədələnməsi və ya vurulmasına dair heç bir göstəricinin olmadığı barədə qiymətləndirməsini qüvvədə saxlayır. Qeyd edək ki, İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) səfiri bazar ertəsi günü səhər saatlarında Nətənzdəki nüvə müəssisəsinin hücuma məruz qaldığını açıqlamışdı. Lakin mətbuat konfransında çıxış edən Qrossi vurğulayıb ki, agentlik indiyədək İsrail və ABŞ-ın iyun ayında İranın nüvə poliqonlarına etdiyi hücumlarla müqayisə oluna biləcək hər hansı bir hal müşahidə etməyib.
#Avropa Nüvə Araşdırmaları Təşkilatı (CERN)
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trampın ABŞ-nin nüvə silahı sınaqlarını yenidən başlatmaqla bağlı açıqlamasından sonra bu istiqamətdə hərəkətə keçib.
İran XİN rəhbəri Abbas Əraqçi bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı böhranın yeganə həlli yolu danışıqlara əsaslanan diplomatik prosesdir.
İranın xarici işlər naziri Abbas Əraqçi ümid edir ki, sanksiyaların tətbiqi dondurulsun. Bu onun bazar günü BMT-nin baş katibinə ünvanladığı məktubda aydın görünürdü. Məktubda o, “sanksiya mexanizmlərinin, o cümlədən sanksiyalar komitəsi və ekspertlər heyətinin yenidən işə salınmasının qarşısını almağa” çağırırdı. Lakin cavab tez gəldi: Avropa İttifaqının rəhbərliyi bazar ertəsi bəyanat yayaraq bildirdi ki, “İranın nüvə sazişinə əməl etməməyə davam etməsinə cavab olaraq bu gün (bazar ertəsi) ona qarşı sanksiyaları yenidən tətbiq etdi”. İttifaq həmçinin bir daha təsdiqlədi ki, “diplomatik danışıqlar üçün qapı hələ də açıqdır”.