Zəkat, təmizlənmə Çoxalma, bolluq, inkişaf, böyümə mənalarını verir. Bununla yanaşı, İslama görə, zəkat Quranda təyin olunan şəxslərə (kasıblara) zəngin müsəlmanların öz mallarının bir hissəsini verməsidir.
#Dini lüğət
Kalvinizmə görə, insanların ilahi qurtuluşu Tanrı tərəfindən əvvəlcədən müəyyən olunur və heç bir fərd öz taleyini dəyişdirə bilmir. Lakin təlimdə diqqət çəkən mühüm məqam ondan ibarətdir ki, iqtisadi həyatda uğur və zəhmət ilahi qurtuluşun mümkün əlaməti kimi qiymətləndirilirdi. Bu səbəbdən kalvinistlər uzun müddət ərzində ciddi əmək intizamı və zəhmətkarlıqla tanınıblar.
İbranicə “azazel”, “hazazel” şəklində tələffüz edilir və “Tanrının qüvvətləndirdiyi” mənasındadır. Quranda və hədislərdə bu kəlməyə rast gəlinmir. İslam ədəbiyyatında “şeytan”, yaxud “iblisin adlarından biri” olaraq keçir. Cahiliyyət ərəbləri qaranlıq gecələrdə yolçulara əziyyət etdiyinə inandıqları çöl cinlərindən birini “Azazel” adlandırırdılar.
Hicri II əsrin sonlarından etibarən, qələmə alınan müsnəd əsərlər hədislərin mühafizə edilib-qorunmasında böyük rol oynamışdır. Əbu Davud ət-Təyalisinin, Əsəd ibn Musa əl-Üməvinin, Nüeym ibn Ham-mad əl-Xüzainin, İbn Əbi Şeybənin və Əhməd ibn Hənbəlin müsnədləri məşhur hədis əsərləridir.
Yuxuda qasırğa görmək müxtəlif mənalar daşıya bilər və yuxunun dəqiq təfsiri onun kontekstindən – yuxudakı hisslərdən, hadisələrin gedişatından və qasırğanın yaratdığı təsirlərdən asılıdır.
Peyğəmbərimizin "Namazı mənim qıldığım kimi qılın" göstərişinə əsasən namaz ərəb dilində, yəni Qurani-Kərimin nazil olduğu dildə qılınmalıdır. Namaz əsnasında gündəlik danışıq və məişətə aid sözlər demək olmaz.
Fitrə zəkatı, İslamın sosial yardımlaşma prinsiplərindən biri olub, hər kəsin bayram sevincini yaşamasına töhfə vermək və eyni zamanda orucu mənəvi baxımdan təmizləmək üçün vacib sayılan ibadətlərdən biridir.
"Vəhm anlayışı, məntiq, fəlsəfə və İslam düşüncəsində insanın idrak və təxəyyül qüvvəsi ilə bağlı izah edilən bir fenomen kimi araşdırılır."