#Dini lüğət
Dürzilər və ya dürzilər (ərəb. الدُرُوز, təkdə ərəb. دَرْزِيّ) şiəliyinin İsmailiyyə qolundan çıxan və Fatimi xəlifələrindən olan əl-Həkim bi Əmrillahın (vəfatı 926- 1021) vəziri Həmzə ibn Əlinin (ö. 1021) əsasını qoyduğu təriqətdir. Drüzə mənsub olanlar əl-Hakim bi-Amrillahın ilahiliyinə inanırlar.
Cüneyd əl-Bağdadi belə deyib : “Mürid, axtardığı hər şeyi Quranda tapan kimsədir.”
Ərəb sözü olan cin sözü “c-n-n” kökündən götürülüb və örtmək, üstünü bağlamaq, bağlı mənalarını verməkdədir.Eyni zamanda bu söz müxtəlifliyi də ifadə etməkdədir.
Sədəqə Allah yolunda xərcləmə, Allah ın razı olması üçün təmənnasız edilən yardım və hər cür xeyir işdir. Xoş bir söz və bağışlamaq, arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir. Allah heç bir şeyə möhtac deyildir, həlimdir (cəzaları təxirə salandır). ( Bəqərə surəsi 263-cü ayət)
Zünnar sözü əsasən müsəlman torpaqlarında yaşayan xristian və yəhudilərin digərlərindən fərqlənmələri və dövlət himayəsində olduğunu göstərmək üçün istifadə olunan geyim, saç düzümü və ya müxtəlif aksesuarlardır.