Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Prezident İlham Əliyevin türk birliyi ideyasına şəxsi sadiqliyi Türk Dövlətləri Təşkilatında gələcək konsolidasiya üçün möhkəm zəmin yaradır - Kubanıçbek Ömüralıyev

    15 May 2026 10:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyevin türk birliyi ideyasına şəxsi sadiqliyi Türk Dövlətləri Təşkilatında gələcək konsolidasiya üçün möhkəm zəmin yaradır - Kubanıçbek Ömüralıyev
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan Prezidenti İlham Əliyevin türk birliyi ideyasına şəxsi sadiqliyi Türk Dövlətləri Təşkilatında (TDT) gələcək konsolidasiya üçün möhkəm zəmin yaradır.

    VOA xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın bu gün Türküstanda (Qazaxıstan) keçiriləcək qeyri-rəsmi sammiti ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

    “Azərbaycan təşkilatda çox mühüm rol oynayır. Təşkilatın təsisçi dövlətlərindən biri kimi, o, bu prosesin formalaşmasında ilk gündən iştirak edib. Azərbaycan rəhbərliyinin nümayiş etdirdiyi güclü siyasi iradə, həmçinin Prezident İlham Əliyevin türk birliyi ideyasına şəxsi sadiqliyi də az əhəmiyyət daşımır. Bu isə TDT çərçivəsində gələcək konsolidasiya üçün möhkəm zəmin yaradır”, - deyə o qeyd edib.

    Ömüralıyev Prezident İlham Əliyev 14 fevral 2024-cü il tarixində keçirilmiş andiçmə mərasimindəki çıxışını xatırladıb:

    “Bu, (Türk Dövlətləri Təşkilatı) bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”

    “Bu sözlər Azərbaycanın TDT-ni bundan sonra da gücləndirmək və onun qlobal arenada nüfuzlu və hörmət edilən oyunçuya çevrilməsinə töhfə vermək əzmini açıq şəkildə əks etdirir”, - deyə o əlavə edib.

    TDT-nin Baş katibi qeyd edib ki, eyni zamanda Azərbaycanın Avropa ilə Asiya arasında yerləşən strateji mövqeyi ölkəyə türk dünyasını daha geniş beynəlxalq bazarlarla birləşdirən körpü kimi təbii üstünlük verir.

    “Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Şərq-Qərb nəqliyyat dəhlizinin modernləşdirilməsi daxil olmaqla iri enerji və nəqliyyat layihələrini həyata keçirib. Bu gün Azərbaycan həm də Orta Dəhlizin əsas hissəsidir. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu öz ötürücülük qabiliyyətini artırmaqda davam edir və Şərqlə Qərb arasında yükdaşımalarında mühüm rol oynayır. Praktikada bu dəhliz artıq Asiya ilə Avropa arasında çatdırılma müddətlərinin azalmasına kömək edir və quru nəqliyyatını daha real alternativə çevirir”, - deyə o bildirib.

    Ömüralıyev əlavə edib ki, energetika TDT çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır.

    “Ümumilikdə türk dövlətləri enerji resurslarının tədarük həcminə görə dünyada üçüncü yeri tutur. Birgə layihələr yalnız enerji təhlükəsizliyini möhkəmləndirmir, həm də “yaşıl” keçid üçün platforma yaradır. Bunun parlaq nümunəsi Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpa olunan enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişdir ki, bu da Orta Dəhliz boyunca “yaşıl enerji körpüsü” formalaşdırır. Bundan əlavə, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya “Yaşıl dəhliz” layihəsi çərçivəsində enerji əməkdaşlığını inkişaf etdirirlər. Layihənin əsas elementi Cənubi Qafqazı Avropa İttifaqının enerji sistemi ilə birləşdirən Qara dənizdən keçən yüksək gərginlikli sualtı kabeldir. Layihə əsasən bərpa olunan elektrik enerjisinin - ilk növbədə Azərbaycan və Gürcüstandan külək və günəş enerjisinin - sualtı interkonnektor vasitəsilə Rumıniyaya ötürülməsini, daha sonra isə Macarıstanın və daha geniş Avropa şəbəkəsinin enerji sisteminə inteqrasiyasını nəzərdə tutur”, - deyə TDT-nin Baş katibi bildirib.

    O qeyd edib ki, Azərbaycan təşkilat çərçivəsində iqtisadi əlaqələri gücləndirməkdə davam edir.

    “Təkcə 2025-ci ildə TDT ölkələri ilə ticarət dövriyyəsi təxminən 7,3 milyard ABŞ dollarına çatıb və əsas tərəfdaşlar Türkiyə ilə Qazaxıstan olaraq qalır. Əməkdaşlığın əsas mexanizmlərindən biri Türk İnvestisiya Fondudur. Onun yaradılması ilk dəfə Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin iyununda Bodrumda keçirilmiş TDT-nin 4-cü sammitində təklif olunub. İlkin mərhələdə fond 500 milyon dollar kapitalla formalaşdırılıb, Macarıstanın qoşulmasından sonra isə onun həcmi 600 milyon dollara yüksəlib. Fond qarşılıqlı investisiyaları dəstəkləyir, innovasiyaların və sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına töhfə verir. Eyni zamanda Azərbaycanın TDT ölkələrinə birbaşa investisiyaları artıq 20 milyard dolları ötüb ki, bu da birgə layihələr və daha dərin iqtisadi inteqrasiya üçün möhkəm zəmin yaradır. Ümumilikdə deyərdim ki, Azərbaycanın rolu çox praktik səciyyə daşıyır. O, regionları birləşdirir, enerji və nəqliyyat axınlarını dəstəkləyir və əməkdaşlığın real layihələrə çevrilməsinə kömək edir. Müasir dünyada isə belə qarşılıqlı bağlılıq getdikcə daha böyük əhəmiyyət kəsb edir”,- deyə K.Ömüralıyev əlavə edib.

    Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitindən söz açan Baş katib qeyd edib ki, “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunda keçiriləcək bu tədbir təşkilatın “Türk dünyası 2040 baxışı” çərçivəsində ümumi strateji baxışının irəlilədilməsində mühüm mərhələdir.

    “Seçilmiş mövzu süni intellekt və rəqəmsal inkişafın iqtisadiyyatı, idarəetmə modellərini və beynəlxalq əməkdaşlığı sürətlə transformasiya etdiyi bir şəraitdə müasir qlobal kontekstdə son dərəcə aktualdır. Türküstan bu görüş üçün xüsusilə əhəmiyyətli məkandır. Türk dünyasının mənəvi mərkəzi kimi o, ortaq irsimizi əks etdirir, eyni zamanda biz ümumi gələcəyimizi qurmağa davam edirik”, - deyə o bildirib.

    Kubanıçbek Ömüralıyev qeyd edib ki, son illərdə qeyri-rəsmi sammitlər təşkilat çərçivəsində qarşılıqlı fəaliyyətin mühüm hissəsinə çevrilib.

    “Onlar rəsmi görüşləri tamamlayaraq dövlət başçıları arasında müntəzəm dialoq üçün daha çevik format təqdim edir. Bu, bizə mövqelərin uzlaşmasını qoruyub-saxlamağa, qarşılıqlı anlaşmanı gücləndirməyə və birgə təşəbbüslər üzrə dayanıqlı irəliləyişi təmin etməyə imkan verir. Sammitin Türküstan Bəyannaməsinin qəbulu da daxil olmaqla praktik nəticələr verəcəyini gözləyirik. Həmin sənəd yaxın dövr üçün əməkdaşlığımızın istiqamətini müəyyən edəcək. Gündəliyin əsas xüsusiyyəti isə qarşılıqlı fəaliyyətin əsas sahələrdə möhkəmləndirilməsinə yönəlmiş aydın və gələcəyə hesablanmış xarakter daşımasıdır”, - deyə TDT-nin Baş katibi bildirib.

    O əlavə edib ki, görüş Qəbələ sammitindən sonra əldə olunmuş irəliləyişi qiymətləndirmək və prioritet istiqamətlər üzrə dinamikanı qorumaq imkanı yaradacaq.

    “Ümumilikdə biz bu görüşü əməkdaşlığın daha da möhkəmləndirilməsi və təşkilatın mühüm və effektiv regional platforma kimi rolunun gücləndirilməsi üçün fürsət hesab edirik”, - deyə K.Ömüralıyev əlavə edib.

    Ömüralıyev həmçinin üzv dövlətlər arasında daxili regional ticarətin, investisiyaların və əlavə dəyər zəncirlərinin formalaşdırılmasının dərinləşdirilməsi mexanizmlərindən danışıb.

    “TDT üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm uğurlar əldə etməyə davam edir. Hazırda TDT-nin himayəsi altında iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə edən 58 əməkdaşlıq mexanizmi fəaliyyət göstərir. Bu səyləri dəstəkləyən əsas alətlərdən biri 600 milyon ABŞ dolları kapitala malik Türk İnvestisiya Fondudur. Fond qarşılıqlı investisiyaları təşviq edir, innovasiyaları stimullaşdırır və xüsusilə kiçik və orta biznes arasında sahibkarlığın inkişafına dəstək verir. Digər mühüm qurum isə 2 milyondan çox şirkəti birləşdirən və sahibkarlar arasında praktik əməkdaşlığı təşviq edən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palataları Birliyidir (TCCI). Hazırda biz TCCI-nin müvafiq institusionallaşdırılması üzərində işləyirik”, - deyə o bildirib.

    Ömüralıyev xatırladıb ki, ötən il TDT çərçivəsində Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsi (TurkIPAnet) fəaliyyətə başlayıb və bu platforma bütün türk regionunda investisiya, innovasiya və dayanıqlı inkişafı təşviq edən əməkdaşlığın inkişafına xidmət edəcək.

    “Ötən il həmçinin TDT iştirakçısı olan ölkələrin mərkəzi (milli) bankları şurasının və TDT-nin “yaşıl” maliyyə üzrə Türk Şurasının (TGFC) ilk iclasları keçirilib. Bu qurum regionda “yaşıl” iqtisadiyyat üçün kapital bazarının inkişafına, eləcə də TDT üzv dövlətləri arasında pul-kredit siyasəti, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlib. Ötən il biz həmçinin TDT üzv ölkələrinin maliyyə monitorinqi qurumları və anti-inhisar orqanları arasında tammiqyaslı əməkdaşlığa başladıq ki, bu da gələcəkdə iqtisadi qarşılıqlı fəaliyyətimizi daha da gücləndirəcək”, - deyə o vurğulayıb.

    “Bundan əlavə, xidmətlər və investisiyalar üzrə azad ticarət sazişinin bağlanması da TDT çərçivəsində daxili regional ticarətin artırılması baxımından həyati əhəmiyyət daşıyır və ümid edirəm ki, yaxın gələcəkdə üzv dövlətlər bu məsələ ilə bağlı konsensusa nail olacaqlar. Bundan başqa, TDT-nin Bişkekdə keçirilmiş 11-ci sammiti çərçivəsində imzalanmış Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi (DEPA) qüvvəyə mindikdən sonra TDT üzv dövlətləri arasında elektron əməliyyatlara etimadın artacağını gözləyirik ki, bu da regionda elektron ticarətin genişlənməsinə yol açacaq”, - deyə TDT-nin Baş katibi bildirib.

    Ömüralıyev qeyd edib ki, TDT çərçivəsində həyata keçirilən bütün bu təşəbbüslər türk dövlətlərinin iqtisadiyyatlarının inteqrasiyasına yönəlib və bu da regionda ticarət və investisiyaların dərinləşməsinə müsbət təsir göstərir.

    Orta Dəhlizin artan əhəmiyyətindən danışan Baş katib bildirib ki, bu marşrut TDT regionunu qlobal ticarət axınları ilə daha səmərəli şəkildə birləşdirmək üçün real potensiala malikdir.

    “Həqiqətən də, Orta Dəhliz müasir qlobal kontekstdə getdikcə daha böyük əhəmiyyət qazanır. Təchizat zəncirləri transformasiya olunduqca ölkələr yalnız daha sürətli marşrutlar deyil, həm də daha etibarlı və şaxələndirilmiş variantlar axtarırlar. Bu baxımdan Orta Dəhliz Asiya ilə Avropa arasında çox praktik bağlantı halında formalaşır. Onun inkişafı “Türk dünyas– 2040 ” baxışı çərçivəsində bizim əsas prioritetlərimizdən biri olaraq qalır. Bu, Şərqlə Qərb arasında ən qısa quru marşrutlarından biridir və regionumuzun qlobal ticarət axınlarına daha sıx inteqrasiyası üçün real potensiala malikdir”, - deyə o bildirib.

    Eyni zamanda, Baş katib vurğulayıb ki, təkcə infrastruktur kifayət etmir.

    “Əslində həlledici məqam ölkələr arasında koordinasiya və sistemin praktikada nə dərəcədə effektiv işləməsidir. Məhz buna görə biz həm əlaqəliliyin gücləndirilməsinə, həm də marşrut üzrə əməliyyat proseslərinin sadələşdirilməsinə diqqət yetiririk. Buna yaxşı nümunə kimi Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunu göstərmək olar. Gözlənilir ki, bu layihə ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və tranzitin səmərəliliyini yüksəldəcək, daşımaların həcmi isə ildə 15 milyon tona çatacaq”, - deyə K.Ömüralıyev qeyd edib.

    O bildirib ki, gömrük və logistika sahəsində rəqəmsallaşmaya da xüsusi diqqət ayrılır.

    “Azərbaycan və digər üzv dövlətlər ePermit (elektron daşıma icazələri), eCMR (elektron əmtəə-nəqliyyat qaimələri) və eTIR (elektron gömrük tranziti sistemi) kimi sistemləri uğurla şəkildə tətbiq edirlər ki, bu da beynəlxalq daşımaları daha çevik, daha sadə və daha şəffaf edir. Bu istiqamətdə mühüm mərhələlərdən biri 2025-ci ilin yanvarında Bakıda keçirilmiş TDT gömrük xidmətləri rəhbərlərinin iclasında eTIR sisteminin tam tətbiqi üzrə regional yol xəritəsinin qəbul edilməsi, həmçinin 2026-cı ilin aprelində TDT üzv dövlətlərinin nəqliyyat nazirlikləri tərəfindən eCMR-in tətbiqinə dair qarşılıqlı anlaşma memorandumunun imzalanması olub”, - deyə TDT-nin Baş katibi vurğulayıb.

    Ömüralıyevin fikrincə, 2022-ci ildə Səmərqənd sammitində gömrük prosedurlarının və beynəlxalq yükdaşımaların sadələşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlarla yanaşı, bu tədbirlər də Orta Dəhlizi mərhələli şəkildə daha effektiv və proqnozlaşdırıla bilən marşruta çevirir.

    “Zaman keçdikcə məhz bu amillər onun bütün tərəfdaşlar üçün həqiqətən rəqabətə davamlı və etibarlı marşrut rolunu təmin edəcək”, - deyə o əlavə edib.

    #Azərbaycan #Qazaxıstan #Kubanıçbek Ömurəliyev #TDT #Türk Dövlətləri Təşkilatı (TDT) #Türküstan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50

    Azərbaycan XİN vətəndaşlara xəbərdarlıq etdi: Riskli bölgələrdə işləməyin

    15 İyul 2026 15:45

    Azərbaycan 15 iyulda, o qaranlıq gecədə qardaşlığını nümayiş etdirdi - Birol Akgün

    15 İyul 2026 11:34

    "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb

    14 İyul 2026 22:14

    Qazaxıstan süni yağış layihəsinə başlayıb

    14 İyul 2026 16:49

    Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq genişlənir

    14 İyul 2026 11:41

    Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

    13 İyul 2026 21:48

    Media Mükəmməllik Mərkəzi D-8 üzv dövlətlərinin KİV-ləri arasında əməkdaşlıq platformasına çevriləcək - Hikmət Hacıyev

    13 İyul 2026 19:03

    Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib

    13 İyul 2026 18:59

    Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşüb

    13 İyul 2026 17:29

    Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

    10 İyul 2026 18:55

    Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

    10 İyul 2026 17:49
    XƏBƏR LENTİ

    Niyə "Yad adamlardan uzaq dur" qaydası artıq uşaqları qorumaq üçün kifayət etmir?

    Romanovlar ailəsinin edamı: 300 illik imperiya sülaləsinin sonu

    Tarixdə bu gün - 16 İyul

    Rubio ifrat solçu terrorçuluqla bağlı beynəlxalq toplantı keçirəcək

    Qalibaf milli maraqlar üçün vahid mövqeyin vacibliyini vurğulayıb

    Enerji təchizatında uzunmüddətli fasilə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər - BVF

    Danışıqlar güzəştə getmək demək deyil - Qalibaf

    Bəndər Abbas üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatı vurulub - İran

    İşğal altındakı İordan çayının qərb sahilində gərginlik davam edir

    Meyndə demokratların Senat debatı səkkiz namizədlə keçiriləcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.