Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilib.
#Qazaxıstan
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya + Azərbaycan" formatında 7-ci Məşvərət Görüşü keçirilib.
Noyabrın 15-də Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstan Prezidenti Kasıym-Jomart Tokayevə Özbəkistanın ən yüksək dövlət mükafatı olan Yüksək Dərəcəli Dostluq ordenini təqdim edib. Mirziyoyev çıxışında bu jestin yalnız Tokayevə deyil, bütün Qazaxıstan xalqına olan dərin hörmətin ifadəsi olduğunu qeyd edib.
13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistanın - beş Mərkəzi Asiya ölkəsinin təmsil olunduğu konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
2025-ci il noyabrın 23-26-da ilk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək. Forumun rəsmi açılışı noyabrın 24-də Gülüstan Sarayında olacaq.
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qazaxıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq, 66 milyon 517 min 30 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Qazaxıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq, 7 milyon 449 min 24 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 7 milyard 887 milyon 219 min dollara bərabər olub.
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qazaxıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 32 milyon 502 min 52 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Qazaxıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,9 faiz azalaraq, 3 milyon 782 min 74 dollara çatdırıb.
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz azalaraq, 88 milyon 289 min dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq, 3 milyon 116 min 78 dollara çatdırıb.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
ABŞ Prezidenti Donald Tramp, Qəzzada yaradılan Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) “çox yaxın zamanda” fəaliyyətə başlayacağını açıqlayıb. Tramp bu barədə ABŞ-da keçirilən C5+1 zirvəsində, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan prezidentlərini qəbul etdikdən sonra verdiyi açıqlamalarda danışıb. Prezident vurğulayıb ki, Qəzzadakı atəşkəs hazırda davam edir və ABŞ region ölkələri və müttəfiqləri ilə yaxından əməkdaşlıq edir.
ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, Qazaxıstan “İbrahim Razılaşmalarına” qoşulacaq. Bu razılaşmalar İsraillə müsəlman əksəriyyətli ölkələr arasında diplomatik əlaqələrin normallaşdırılmasını nəzərdə tutur.