2025 -ci ilin sentyabrında Qazaxıstandan Türkiyəyə 73 min 56 turist səfər edib ki, bu da 2024-cü ilin sentyabrı ilə müqayisədə 15,02 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1,20 faiz təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında Qazaxıstandan Türkiyəyə 646 min 987 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,17 faiz azdır.
#Qazaxıstan
Noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb. Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirmişdi.
Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 31-də bu ölkənin müdafiə naziri general-leytenant Dauren Kosanov ilə görüşüb.
Dördüncü İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Daxili İşlər Nazirlərinin iclası İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə Tehranda öz işinə başlayıb. Tədbir 15 illik fasilədən sonra Tehrandakı Sammit Konfrans Mərkəzində keçirilir. Görüş, İran hökumətinin qonşu ölkələrlə əməkdaşlığı genişləndirmək və regional əlaqələri möhkəmləndirmək siyasəti çərçivəsində təşkil olunub.
Türkiyə 2025-cü ilin sentyabr ayında Qazaxıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq, 23 milyon 149 min 83 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 189 milyon 546 min 81 dollara bərabər olub.
Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində AZPROMO və bir sıra şirkətlər arasında üç sənəd imzalanıb. İmzalanan sənədlər tərəflər arasında investisiya və sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
İran İslam Respublikasının xarici işlər naziri Qazaxıstanın Respublika Günü münasibətilə təbriklərini çatdırıb. Abbas Əraqçi Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevə göndərdiyi məktubda dost və qardaş Qazaxıstan hökuməti və xalqını bu milli bayram münasibətilə səmimi qəlbdən təbrik edib. O, iki ölkə arasında dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın bütün sahələrdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstanı ölkənin Milli Günü münasibətilə təbrik edib. Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib. "Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstana və onun xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Azərbaycan Qazaxıstan ilə tərəfdaşlığını yüksək qiymətləndirir və dostluq münasibətlərimizin daha da möhkəmlənəcəyinə ümid edir. Milli Gününüz mübarək!", - paylaşımda qeyd olunub
2025-ci ilin yanvar- sentyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 21 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 12 milyon 135 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 32 milyon 300 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Azərbaycan və Gürcüstan təkcə fiziki infrastrukturun deyil, həm də inzibati və hüquqi mexanizmlərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir.
Astana şəhərində keçirilən Azərbaycan–Qazaxıstan Biznes Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Azərbaycanın KOB evi modeli ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Qazaxıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz azalaraq, 37 milyon 960 min 9 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Qazaxıstana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,1 faiz azalaraq, 3 milyon 435 min 59 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz dəyişərək, 5 milyard 850 milyon 258 min dollara bərabər olub.