#Pekin

ABŞ və Çin arasında ticarət gərginliyi yenidən artır. Məlumata əsasən, Pekin ABŞ mediasında Çinin İrana hərbi dəstək verdiyi barədə yayılan məlumatları qəti şəkildə təkzib edib və bu iddiaları əsassız adlandırıb. Qeyd olunub ki, Çin tərəfi ABŞ-ın bu ittihamlar əsasında tarifləri artıracağı təqdirdə adekvat qarşılıq verəcəyini bildirib.

Çinin ABŞ-dakı səfirliyi rəsmi Pekinin münaqişə tərəflərinə, xüsusilə də İrana hərbi texnika və silah tədarük etməyə hazırlaşması barədə yayılan məlumatlara münasibət bildirib. Səfirliyin sözçüsü vurğulayıb ki, Çin Xalq Respublikası münaqişənin başladığı ilk gündən etibarən balanslaşdırılmış və neytral mövqe nümayiş etdirir. Rəsmi bəyanatda qeyd olunub ki, Pekin bu günə qədər qarşıdurmada iştirak edən tərəflərin heç birinə silah təmin etməyib və gələcəkdə də bu mövqeyini qorumaq niyyətindədir.

Yaponiyada özünü aktiv hərbçi kimi təqdim edən bir şəxs Çin Xalq Respublikasının Tokiodakı səfirliyinə daxil olaraq diplomatları ölüm təhlükəsi ilə hədələyib. Sözçü, Vyana Konvensiyasının ciddi şəkildə pozulduğunu vurğulayaraq, Çin diplomatlarının və səfirliyin təhlükəsizliyinin təhdid olunduğunu qeyd edib və Yaponiyaya diplomatik kanallar vasitəsilə etiraz notası göndərildiyini açıqlayıb.

Çin hökuməti ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə qurmağı planlaşdırdığı beynəlxalq hərbi koalisiyaya qoşulmaq məsələsində tərəddüd etdiyinə dair işarələr verib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Sien Pekində keçirilən brifinqdə rəsmi Pekinin bu koalisiyaya dəvət alıb-almadığı və boğaza hərbi gəmilər göndərib-göndərməyəcəyi ilə bağlı suallardan yayınıb. Sözçü Hörmüz boğazındakı gərginliyin qlobal enerji və mal tədarükünə mənfi təsir göstərdiyini bildirərək, bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və eskalasiyadan qaçmağa çağırıb.

Çin Xarici İşlər naziri Van İ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Fransa, Almaniya və Britaniyalı həmkarları ilə görüşərək Pekini etibarlı tərəfdaş kimi təqdim edib. Nazir vurğulayıb ki, Çinin inkişafı Avropa üçün təhdid deyil, əksinə bir fürsətdir və tərəflər rəqib yox, tərəfdaş kimi hərəkət etməlidir. Görüşlər Avropa İttifaqının Çindən strateji asılılığı azaltmaq cəhdləri və elektrikli avtomobil ixracı ilə bağlı yaranan rüsum mübahisələri fonunda baş tutub. Van İ Avropanı "rasional və praqmatik" siyasət yürütməyə çağıraraq, birtərəfli addımların və proteksionizmin qlobal sabitliyə zərər verdiyini bildirib. O, iqtisadi əlaqələri "təməl daşı" adlandırıb və qarşılıqlı asılılığın təhlükəsizliyə risk yaratmadığını qeyd edib.

Rusiya və Çin hazırda Qrenlandiya və onun ətraf sularında ABŞ maraqlarına təhlükə yaratmır. Qəzetin məlumatına görə, Bu barədə New York Times qəzeti ABŞ ekspertlərinin və keçmiş və hazırkı rəsmi şəxslərin fikirlərinə istinadla məlumat yayıb.ABŞ senatoru Mark Uorner regionda Moskva və Pekin tərəfindən hər hansı bir təhlükənin mövcud olmadığını bildirib.