#Əfqanıstan müharibəsi

Şənbə günü Əfqanıstan hərbi və polis mənbələri Pakistanın bir qırıcısının Cəlalabad şəhərində vurulduğunu bəfyan edib. Polis sözçüsü Tayeb Hammad təyyarənin Cəlalabadın altıncı bölgəsində düşürüldüyünü və pilotun sağ olaraq əsir götürüldüyünü bildirib. Şahidlərin sözlərinə görə, pilot təyyarə qəzaya uğramazdan əvvəl paraşütlə tullanıb və dərhal saxlanılıb.

Pakistanın Baş naziri Şahbaz Şərif cümə günü bəyan edib ki, ölkəsinin silahlı qüvvələri qonşu Əfqanıstana edilən hava zərbələrindən sonra hər hansı bir təcavüzkarı "əzmək" iqtidarındadır. Şərif "X" platformasındakı paylaşımında bildirib: "Bizim qüvvələrimiz hər hansı təcavüzkar ambisiyaları darmadağın etmək üçün tam qüdrətə sahibdir. Bütün xalq Pakistan Silahlı Qüvvələri ilə çiyin-çiyinə dayanıb".

Əfqanıstanın Müdafiə Nazirliyi, ölkənin hərbi hava qüvvələrinin yerli vaxtla saat 11.00-da Pakistanın müxtəlif bölgələrinə cavab zərbələri endirdiyini elan edib. "Tolo News"un məlumatına görə, əməliyyatlar Pakistanın Faysalabad şəhəri yaxınlığındakı hərbi düşərgəni, Novşera şəhərindəki ordu kazarmasını, həmçinin Camrud və Abbottabad bölgələrini əhatə edib. Nazirlik bu hücumlarda Pakistanın hərbi mərkəzlərinin, obyektlərinin və strateji qurğularının birbaşa hədəf alındığını vurğulayıb.

Pakistan və Əfqanıstan arasında "Durand xətti" olaraq qəbul edilən sərhəd boyunca qarşılıqlı hərbi zərbələr davam edir. Pakistanın İnformasiya naziri Attaullah Tarar sosial media hesabı vasitəsilə keçirilən əməliyyatlarda Əfqanıstan tərəfindən 133 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib. Tarar Kabil, Paktia və Kandaharda müəyyən edilmiş hədəflərin vurulduğunu, 27 mövqenin məhv edildiyini və 9 nöqtənin ələ keçirildiyini qeyd edib. Nazir həmçinin iki korpus və üç briqada qərargahı daxil olmaqla 80-dən çox nəqliyyat vasitəsinin sıradan çıxarıldığını iddia edib.

Pakistan Ordusu Əfqanıstanın “terrorçular və qeyri-dövlət aktorlarının mərkəzinə çevrildiyi” xəbərdarlığını verib. Hərbi sözçü leytenant general Əhməd Şərif Çaudhri Taliban hökumətini əl-Qaidə, İŞİD və Pakistan Talibani qruplarını himayə etməkdə ittiham edib. Çaudhri bildirib ki, Suriyadan təxminən 2 min 500 xarici döyüşçü son dövrlərdə Əfqanıstana daxil olub və onların ölkəyə dəvət edildiyi iddia olunur. “Bu terrorçular həm Pakistan, həm də Əfqanıstan vətəndaşı deyil, digər millətlərə mənsubdur. Beynəlxalq militant qrupların yenidən ortaya çıxması qonşu ölkələr üçün də təhlükə yarada bilər,” deyə o əlavə edib.

1979-cu il dekabrın 24-də Sovet İttifaqı 1978-ci il Sovet–Əfqan Dostluq Müqaviləsini əsas gətirərək Əfqanıstana hərbi müdaxilə edib. Məlumata görə, gecə yarısına yaxın sovet ordusu Kabula genişmiqyaslı hərbi hava daşınması həyata keçirib. Əməliyyatda təxminən 280 nəqliyyat təyyarəsi və hər biri təqribən 8 min 500 nəfərdən ibarət üç hərbi diviziya iştirak edib. Bir neçə gün ərzində Sovet qüvvələri paytaxt Kabula nəzarəti ələ keçirərək Tacbək Sarayına xüsusi hücum bölməsi göndərib. Hafizullah Aminə sadiq olan Əfqanıstan ordusunun bəzi hissələri qısa müddətli, lakin sərt müqavimət göstərib.

Əfqanıstan mətbuatının məlumatına görə, Pakistanla sərhəddə baş verən toqquşmalardan sonra elan edilən atəşkəsin təfərrüatlarını müzakirə etmək üçün İstanbulda keçirilən görüşdə tərəflər bir çox məsələdə razılığa gəlib, digər məsələlər üzrə danışıqların davam edəcəyi bildirilib. Əfqanıstanın paytaxtı Kabildə yerləşən Tolo News telekanalının verdiyi xəbərə əsasən, ABŞ-ın X sosial media platformasında yayımlanan məlumata görə, adları açıqlanmayan mənbələr danışıqların gedişatı barədə məlumat paylaşıb.

Əfqanıstan hökumətinin, ölkənin Spin Boldak bölgəsi ilə Pakistanın Çaman bölgəsində baş verən silahlı toqquşmaların ardından atəşkəs tələb etdiyi iddia olunub. Pakistanın Kəraçi şəhərində yerləşən Geo News telekanalına danışan təhlükəsizlik rəsmiləri, Pakistan ordusunun Əfqan qüvvələrinə məxsus çoxsaylı post və tankı məhv etdiyini bildiriblər. Məlumata görə, son günlərdə baş verən gərgin döyüşlər nəticəsində Spin Boldak və Çaman bölgələrində ciddi itkilər qeydə alınıb.