Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Əfqanıstan-Pakistan Sərhədində Gərginlik: Pakistan Qırıcısı Vuruldu

    28 Fevral 2026 11:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əfqanıstan-Pakistan Sərhədində Gərginlik: Pakistan Qırıcısı Vuruldu
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA, Nailə Babazadə

    Şənbə günü Əfqanıstan hərbi və polis mənbələri Pakistanın bir qırıcısının Cəlalabad şəhərində vurulduğunu bəfyan edib. Polis sözçüsü Tayeb Hammad təyyarənin Cəlalabadın altıncı bölgəsində düşürüldüyünü və pilotun sağ olaraq əsir götürüldüyünü bildirib. Şahidlərin sözlərinə görə, pilot təyyarə qəzaya uğramazdan əvvəl paraşütlə tullanıb və dərhal saxlanılıb.

    VOA xəbər verir ki, Pakistan və Taliban qüvvələri arasındakı döyüşlər artıq üçüncü gündür ki, davam edir. Beynəlxalq ictimaiyyətin ciddi narahatlığına baxmayaraq, tərəflər arasında gecə boyu şiddətli atışmalar qeydə alınıb. Pakistanın "Qəzəb Lil Haq" adlı əməliyyat çərçivəsində bir çox Taliban postunu məhv etdiyi bildirilir. Hər iki tərəf ağır itkilər verdiyini iddia edir; Pakistan 274 Taliban döyüşçüsünün, Taliban isə 55 Pakistan əsgərinin öldürüldüyünü bəyan edib (bu rəqəmlər müstəqil mənbələr tərəfindən hələ təsdiqlənməyib).

    İslamabad Talibanı Pakistan daxilində hücumlar təşkil edən "Tehreek-e-Taliban Pakistan" (TTP) yaraqlılarına sığınacaq verməkdə ittiham edir. Pakistan bu hərbi əməliyyatları sərhədyanı hücumlara cavab kimi xarakterizə etsə də, Kabul bunu öz suverenliyinin pozulması kimi qiymətləndirir və genişmiqyaslı müharibənin ağır nəticələri olacağı barədə xəbərdarlıq edir.

    Münaqişənin böyüməməsi üçün diplomatik addımlar da atılır. Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə gərginliyin azaldılması barədə telefon danışığı aparıb. Avropa İttifaqı, BMT, Rusiya və Çin tərəfləri dərhal atəşi dayandırmağa və dialoqa çağırıb. ABŞ Dövlət Departamenti isə Pakistanın özünü müdafiə hüququnu dəstəklədiyini bildirib.

    Pakistanın müdafiə naziri Xoca Məhəmməd Asif səbrlərinin daşdığını və baş verənləri "açıq müharibə" kimi təsvir edib. Digər tərəfdən, Talibanın daxili işlər naziri Siracuddin Haqqani bu müharibənin çox baha başa gələcəyini deyərək, texnoloji üstünlüyə deyil, birliyə və dözümə güvəndiklərini qeyd edib. Qeyd edək ki, Pakistanın müasir hərbi hava qüvvələri və böyük ordusu qarşısında Taliban əsasən yüngül silahlara və 20 illik partizan müharibəsi təcrübəsinə malikdir.

    #Əfqanıstan #Əfqanıstan müharibəsi #Pakistan-Əfqanıstan sərhədi #Pakistan Əfqanıstan sərhədi təhlükəsizliyi #Əfqanıstan-Pakistan münasibətləri #Pakistan-Əfqanıstan #Pakistan və Əfqanıstan arasında gərginlik #Pakistan və Əfqanıstan #Pakistan–Əfqanıstan münasibətləri #Pakistan ordusunun (Pakistan Army) strukturu və canlı qüvvə bölgüsü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan Əfqanıstanı təbrik edib

    19 Avqust 2026 10:35

    Ukraynadan İrana qədər - Müasir müharibələrin niyə qalibi yoxdu?

    16 Avqust 2026 06:00

    Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

    9 Avqust 2026 07:15

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    20 İyul 2026 22:28

    Müasir Qətərin memarı Şeyx Həməd bin Xəlifə Al Sani kimdir?

    16 İyul 2026 02:00

    Tarixdə bu gün - 16 İyul

    16 İyul 2026 00:01

    NATO-nun 5-ci maddəsi nədir?

    7 İyul 2026 18:24

    Mundiqak və Baktriya qazıntıları işığında qədim Əfqanıstan tarixi

    5 İyul 2026 11:00

    Hindu Kuş bölgəsində güclü zəlzələ Əfqanıstan və Pakistanda hiss olunub

    27 İyun 2026 19:21

    BMT-nin ümumdünya qida proqramı: Enerji qiymətlərinin artımı qida çatışmazlığını dərinləşdirir

    5 İyun 2026 22:04

    İslamabad danışıqlarına kimlər rəhbərlik edir - Masadakı əsas simalar

    15 Aprel 2026 08:16
    XƏBƏR LENTİ

    İran ŞƏT Parlament Assambleyasının yaradılmasını təklif edir – Pezeşkian

    İyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard dolları keçib (ÖZƏL)

    İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

    Suriyada Əsəd rejiminin iki generalı müharibə cinayətləri ittihamı ilə saxlanılıb

    Bişkekdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub

    Dayanıqlı sülhə doğru Bişkek addımı - Bakı və İrəvan Vaşinqton razılaşmalarını inkişaf etdirməyə davam edir

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.