Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) bəyanatına görə, Qəzzada 22 ay ərzində 18 mindən çox uşaq öldürülüb və "Qəzzada hər gün orta hesabla bir sinif dolusu uşaq öldürülür" ifadəsinə yer verilib. UNICEF Qəzzadakı hadisələrlə bağlı X sosial media platformasında rəsmi açıqlama yayıb.
#Qəzzada aclıq və səfalət
Türk Qızıl Aypara Cəmiyyəti İsrail qüvvələrinin müvəqqəti razılığı ilə Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya humanitar yardım daşıyan 165 yük maşını ilə daxil olmağa başlayıb.
Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, müharibənin başladığı gündən bu yana aclıq səbəbilə 154 ölüm hadisəsi qeydə alınıb, bunlardan 89-u uşaqdır.
Qəzza zolağında milyonlarla insan aclıq və ərzaq çatışmazlığı ilə üzləşib. BMT və QHT-lər vəziyyətin fəlakət həddinə çatdığını desə də, rəsmi “aclıq” statusu hələ elan edilməyib. Səbəb – elmi sübutların toplanmasının mümkünsüzlüyüdür.
Qəzza zolağındakı Fələstin hökuməti bildirib ki, İsrailin "soyqırım və aclıq" siyasəti səbəbindən uşaq qidası və qida əlavələri çatışmazlığı 100 mindən çox uşağı kütləvi ölüm riski ilə üz-üzə qoyub.
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) cümə axşamı bildirib ki, Yaxın Şərq və Şimali Afrika bölgəsində 33 milyondan çox insan aclıq və qida təhlükəsizliyinin olmaması ilə üz-üzədir.
Biz hazırda humanitar prinsiplər üzərində qurulmuş yardım sisteminin çökdüyünü görürük
Avropa İttifaqının Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə məsul komissarı Hadja Lahbib İsrailin Qəzzadakı humanitar vəziyyəti yaxşılaşdırmağa dair vədlərinə əməl etmədiyini bəyan edib.
Bu ilin mart ayında Qəzza zolağına tam blokada tətbiq olunduqdan bəri aclıq nəticəsində azı 67 uşaq həlak olub.
İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hava və quru hücumları nəticəsində azı 48 fələstinli həlak olub, onlarla insan isə yaralanıb.
“Qəzza: Həkimlər Hücum Altında” sənədli filminin icraçı prodüseri Ben de Pear Britaniya yayımçısı BBC-ni onu və komandasını susdurmağa cəhd göstərməkdə ittiham edib.
BMT-nin baş katibi Antonio Quterreş Qəzzada həyata keçirilən yeni humanitar yardım sistemi ilə bağlı ciddi narahatlığını ifadə edib.