Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlətimizin başçısına müəssisə barədə məlumat verdilər.
#İqtisadiyyat Nazirliyi
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Maliyyə Nazirliyinin rəhbəri və Azərbaycan‑İsrail Hökumətlərarası Birgə Komissiyasının həmsədri Zeev Elkin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər. Bu barədə nazir Mikayıl Cabbarov rəsmi "X" səhifəsində paylaşım edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti Xorvatiyanın Zaqreb şəhərinə səfər edib. Səfərin əsas məqsədi Xorvatiya Maliyyə Nazirliyi yanında Vergi Administrasiyası ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub. Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni təşəbbüslərin reallaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi imkanlarını da müzakirə ediblər.
Bu ilin 16 dekabr tarixində Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu təşkil olunacaq. Tədbir Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
“China Datang Corporation Ltd.” şirkəti ilə enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, qeyri-neft sektorunun şaxələndirilməsi və yaşıl enerji konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar diqqətə çatdırılıb. Qeyd edilib ki, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və texnoloji innovasiyaların tətbiqi ölkə iqtisadiyyatının əsas prioritet istiqamətlərindəndir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat Nazirliyində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın övladları ilə görüş keçirilib.
Hazırkı dövrdə qlobal iqtisadi dəyişikliklər, enerji bazarlarında dalğalanmalar və tədarük zəncirlərindəki gərginliklər bütün ölkələrin iqtisadi siyasətinə təsir göstərir. Bu şəraitdə Azərbaycan iqtisadiyyatında sabitliyin qorunması və sahibkarlıq fəaliyyətinin dayanıqlılığı mühüm əhəmiyyət kəsb edir.
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. Nümayəndə heyəti Şanxay şəhərində keçirilən 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edib. Sərgiyə Çin Xalq Respublikasının Baş naziri Li Çian, dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də aparıcı texnologiya şirkətlərinin rəhbərləri qatılıblar.
Azərbaycan və İslam İnkişaf Bankı (IsDB) qlobal maliyyə sistemində inklüziv yanaşmaları müzakirə ediblər. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib. "Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində İslam İnkişaf Bankının sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşmək xoş oldu. Ölkəmizlə əməkdaşlığın prioritet istiqamətləri, qlobal maliyyə sistemində inklüziv yanaşmalar və IsDB Qrupunun illik toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər barədə müzakirələr apardıq", - nazir qeyd edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) 25 illiyi münasibətilə DVX və “Vergilər” qəzeti redaksiyasının birgə təşkilatçılığı ilə Tədris Mərkəzində media nümayəndələri üçün “Azərbaycanın vergi sistemi – retrospektiv baxış (2000–2025-ci illər) və gələcək inkişaf strategiyası (2025–2028-ci illər)” mövzusunda iki günlük təlim və müsabiqə keçirilib. Ölkənin aparıcı informasiya saytlarını təmsil edən media nümayəndələrin iştirakı ilə keçirilən tədbirin məqsədi son 25 il ərzində vergi sistemində aparılmış islahatlar, əldə olunmuş nəticələr və qarşıdakı illər üçün nəzərdə tutulan prioritet istiqamətlər barədə ətraflı məlumat verməkdən ibarət olub.
İstanbul Sənaye Palatasının İdarə Heyəti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi müzakirə olunub. Nümayəndə heyəti ölkəmizin əlverişli işgüzar mühiti ilə tanış olub.
İqtisadiyyat Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqi müzakirə olunub.