Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Süni İntellektlə İdarə Olunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumu keçirilib

    7 Noyabr 2025 13:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Süni İntellektlə İdarə Olunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumu keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Forumda Azərbaycanın rəqəmsal və dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində həyata keçirdiyi islahatlar barədə məlumat verilib.

    AzerVoice xəbər verir ki, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. Nümayəndə heyəti Şanxay şəhərində keçirilən 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edib.

    Sərgiyə Çin Xalq Respublikasının Baş naziri Li Çian, dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də aparıcı texnologiya şirkətlərinin rəhbərləri qatılıblar.

    İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sərgi çərçivəsində təşkil edilən Süni İntellektlə İdarə Olunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumunda çıxış edib.

    Azərbaycanın rəqəmsal və dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində həyata keçirdiyi islahatlar qeyd edilib. Vurğulanıb ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər”ə uyğun olaraq ölkəmiz davamlı, inklüziv və innovasiyaya əsaslanan rəqəmsal iqtisadiyyat modelini formalaşdırır.

    Diqqətə çatdırılıb ki, insan kapitalının və innovasiya yönümlü iqtisadiyyatın inkişafı ölkəmizin inkişaf strategiyasının prioritetlərindədnir. Rəqəmsal təhsil ekosisteminin və ömürboyu təhsilin formalaşdırılması üçün dünyanın qabaqcıl təhsil proqramları ilə əməkdaşlıq edilir. Coursera ilə əməkdaşlıq təhsil və iqtisadiyyat sahəsində dövlət qurumları, universitetlər və beynəlxalq tərəfdaşlar arasında yeni sinerji yaradır. Azərbaycanda Coursera “Milli Proqramı” çərçivəsində artıq 45 mindən çox vətəndaş Dördüncü Sənaye İnqilabı texnologiyaları və digər sahələrdə bilik və bacarıqlar əldə edib.
    Forumda rəqəmsal infrastrukturun, o cümlədən bulud sistemləri, 5G, kiber təhlükəsizliyin modernləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, “Data-driven governance” — məlumat əsaslı qərarların qəbulu mexanizmləri barədə müzakirələr aparılıb.

    Süni İntellektlə İdarə Olunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumu keçirilib
    Süni İntellektlə İdarə Olunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumu keçirilib
    Süni İntellektlə İdarə Olunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumu keçirilib
    #Azərbaycan #Bakı #Çin #İqtisadiyyat Nazirliyi #Şahin Mustafayev #Pekin #Li Çian
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    1 Sentyabr 2026 18:17

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    Özbəkistan ŞƏT-ə süni intellekt sahəsində tərəfdaşlıq təklif edir

    1 Sentyabr 2026 14:02

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    1 Sentyabr 2026 12:34

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11
    XƏBƏR LENTİ

    Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

    Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək

    Bu günə olan valyuta məzənnələri

    Kia avqust ayında 83 mindən çox maşın satdı

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.